Milli Məclisin növbəti plenar iclasında
Siyasət

Milli Məclisin növbəti plenar iclasında

Mayın 30-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Milli Məclisin sədri mayın 28- qardaş Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Türk dünyasının böyük siyasi dövlət xadimi Rəcəb Tayyib Ərdoğan inamlı qələbə qazandığını bildirib. Vurğulayıb ki, əsl demokratiya şəraitində əldə edilmiş bu qələbə bütün Azərbaycan xalqını qəlbən sevindirib.

Sonra S.Qafarova Milli Məclis sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyətinin Serbiyaya ilk rəsmi səfəri barədə deputatlara məlumat verib.

Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov gündəliyin birinci məsələsi - "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin Qərarında dəyişikliklər edilməsi barədə parlamentin qərar layihəsi ilə bağlı məlumatında parlamentin beynəlxalq əlaqələrinin genişləndiyini, dostluq qruplarının fəaliyyətinin aktivləşdiyini, bu gün 100-dən çox parlamentlərarası dostluq qruplarının mövcud olduğunu bildirib.

Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin sədri ikinci məsələnin "Türk İnvestisiya Fondunun yaradılması haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi olduğunu deyib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 20 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.

Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden medallarının təsis edilməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. O, layihənin birinci ikinci oxunuşda müzakirə olunduğunu, sənədin mətnində hər hansı dəyişikliyin edilmədiyini söyləyib. Sənədə əsasən, minatəmizləmə sahəsində fəal iştirak edən, səmərəli əməkdaşlığa əhəmiyyətli töhfə verən, dövlətin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində möhkəmləndirilməsində xidməti olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər vətəndaşlığı olmayan şəxslər "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif oluna bilərlər.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. O, sənədin ikinci oxunuşda təqdimatı zamanı deputatlar tərəfindən səsləndirilən fikirlərin işçi qaydada müzakirə olunduğunu, daxil olan təklifin qanunvericilik təşəbbüsü subyekti tərəfindən nəzərə alınmadığını deyərək, layihənin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Əli Hüseynli, həmçinin "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini diqqətə çatdırıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov "Yetkinlik yaşına çatmayanların baxımsızlığının hüquq pozuntularının profilaktikası haqqında" Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti 6 məsələsinin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu mahiyyətcə bir-birinə bağlı olduğunu bildirib. Diqqətə çatdırılıb ki, gündəliyin 7-ci məsələsi Ailə Məcəlləsində, 8-ci məsələsi Mülki Məcəllədə, 9-cu məsələsi "Sosial müavinətlər haqqında" Qanunda, 10-cu məsələsi "Valideynlərini itirmiş valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunda, 11-ci məsələsi "Yaşayış yeri olduğu yer üzrə qeydiyyat haqqında" Qanunda, 12-ci məsələsi "Sosial xidmət haqqında" Qanunda dəyişikliklər edilməsi barədə ikinci oxunuşda olan qanun layihələridir. Bu qanun layihələrinə 3 komitədə baxıldığı qeyd edilib.