İyunun 9-da Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin 2023-cü ilin növbədənkənar sessiyasında növbəti iclası keçirilib.
Gündəliyin təsdiqindən sonra iclasda cari məsələlər müzakirə edilib. Milli Məclisin komitə sədrləri Siyavuş Novruzov, Qənirə Paşayeva, Zahid Oruc, deputatlar Bəhruz Məhərrəmov, Elşad Mirbəşiroğlu, Fazil Mustafa, Aydın Mirzəzadə, Elman Nəsirov, Müşfiq Məmmədli və Etibar Əliyev çıxış ediblər.
Çıxışlarda bildirilib ki, 1993-cü il iyunun 9-da görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın tələbi ilə Naxçıvandan Bakıya gəlib. Bununla da Azərbaycanın Milli Qurtuluşunun başlandığını deyən deputatlar bu günün və qarşıdan gələn 15 İyun - Milli Qurtuluş Gününün milli tariximizdəki rolundan, Azərbaycan dövlətçiliyinin xilasında və möhkəmləndirilməsində əhəmiyyətindən bəhs ediblər.
Milli Məclisin deputatları çıxışlarında, həmçinin Ermənistanın Naxçıvanla həmsərhəd ərazisində iri metallurgiya zavodu inşa etməsinin regionun ekologiyasına və təhlükəsizliyini ciddi təhdidlər doğurmasından, Ermənistanın işğal dövründə Azərbaycan ərazilərini kütləvi şəkildə minalamasından danışıblar, seçiciləri maraqlandıran məsələlər və gündəmdə olan bəzi aktual mövzularla bağlı fikirlərini bölüşüblər.
Sonra parlament gündəlikdəki məsələlərin müzakirəsinə keçib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəlikdə 41 məsələ müzakirə ediləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, gündəliyin birinci məsələsi "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə konstitusiya qanunu (ikinci səsvermə) layihəsidir.
Məsələ barədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Sonra konstitusiya qanunu layihəsi ikinci səsvermədə qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 2 məsələsi beynəlxalq sənədlərin təsdiq edilməsi haqqındadır.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 8 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir və növbəti - dördüncü məsələ ilə bağlı məlumat vermək üçün sözü İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimliyə təqdim edib.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Gündəliyin beşinci məsələsi olan Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov məlumat verib.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Gündəliyin altıncı məsələsi olan "Məhkəmə-Hüquq Şurası haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov diqqətə çatdırıb.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Milli Məclisin sədri gündəliyin növbəti 5 məsələsinin ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu diqqətə çatdırıb.
Bildirib ki, gündəliyin 7-ci məsələsi - "Təhsil haqqında" Qanunda (üçüncü oxunuş), 8-ci məsələsi - "Elm haqqında" Qanunda (üçüncü oxunuş), 9-cu məsələsi - "Peşə təhsili haqqında" Qanunda (üçüncü oxunuş), 10-cu məsələsi - Əmək Məcəlləsində, "Məktəbəqədər təhsil haqqında" və "Ümumi təhsil haqqında" qanunlarda (üçüncü oxunuş) və 11-ci məsələsi - "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Yanğın təhlükəsizliyi haqqında", "Milli arxiv fondu haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda (üçüncü oxunuş) dəyişikliklər edilməsi barədə qanun layihələridir.
Bu 5 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Sonra