“Mən fəxr edirəm ki, mən azərbaycanlıyam
Digər xəbərlər

“Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" adlı tədbir keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin informasiya dəstəyi ilə xeyriyyəçi, M.Ş.Vazeh adına Yasamal Rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Hacı İntiqam Atayevin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" adlı ədəbi-bədii gecə təşkil edildi.

Yazıçı-jurnalist, Türkaz TV-nin baş redaktoru Südabə Sərvi tədbirdə qeyd etdi ki, Heydər Əliyev mədəniyyətə, ədəbiyyata, incəsənətə digər sahələrə böyük dəyər verirdi. Heydər Əliyevin həyat fəaliyyətindən, onun haqqında yazılan xatirələrdən danışdı.

Buzovna məscidinin axundu Hacı Soltan Əlizadə bildirdi ki, Ulu Öndər dünya miqyasında tanınan sevilən bir şəxsiyyət, türk dünyasının fəxri idi. Onun dahiliyi savadında, elmində imanında idi. Hər bir sahənin mütəxəssislərinə məsləhətlər verirdi. İlahiyyatçı Heydər Əliyevin göstərişi ilə Bibiheybət məscidinin əsaslı təmir olunduğunu, Ulu Öndərin hər bir sahəyə diqqətlə yanaşdığını vurğuladı.

Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova "Heydər Əliyev mədəniyyət" məruzəsində qeyd etdi ki, Heydər Əliyevin digər sahələrdə olduğu kimi, mədəniyyət, incəsənət, musiqi, teatr, kino sahələrindəki xidmətləri misilsizdir. 1969-1982-ci illərdə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Azərbaycanda baletin inkişafı üçün şərait yaradıldığından danışdı. Heydər Əliyevin tariximizə, mədəniyyətimizə olan yüksək ehtiramın rəmzi kimi Bakının ən görkəmli yerlərində Nəsiminin, Cəfər Cabbarlının, Mikayıl Müşfiqin, Nəriman Nərimanovun, Məşədi Əzizbəyovun, Mehdi Hüseynzadənin, Həzi Aslanovun başqalarının heykəlləri ucaldılmışdır, Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Azərbaycanın bir sıra şəhərlərində görkəmli şəxsiyyətlərin ev-muzeyləri yaradılmışdır.

Tədbirdə AYB-nin AJB-nin üzvü, yazıçı Kərim Salahnurlu Heydər Əliyevə xitab etdiyi "Qorxuram" rədifli şeirinin son misralarını söylədi: "... Heydər ata öz taxtına dönməsə, Qarabağın taleyindən qorxuram". Qeyd etdi ki, şeirlərinin bir çoxunu xalqın xilaskarı, qəhrəmanı Ulu Öndərə həsr edib.

Cavidşünas Həmid Cəfərov dedi: "Ulu Öndər dayaqsızlıların dayağı idi. Ulu Öndər bir çox şairləri, yazıçıları həbsdən xilas etdi". H.Cəfərov Ulu Öndərin  göstərişilə Hüseyn Cavidin Sibirin İrkutsk vilayətindən qalıqlarının Naxçıvana gətirildiyindən danışdı. Bildirdi ki, H.Cavidin məzarının Vətənə qayıtması mədəniyyətimiz üçün böyük hadisə idi.

Qarabağ qazisi, Çeçenistanın Milli Qəhrəmanı Arif Məhərrəmov Ulu Öndərlə bağlı xatirələrini bölüşdü əlavə etdi kiböyük öndərlə dörd dəfə görüşüb.

Yazıçı Kənan Hacı Ulu Öndər Heydər Əliyevlə birgə tədbirlərdə iştirak etməyin qürurverici olduğunu vurğuladı. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Heydər Əliyev kimi nəhəng bir şəxsiyyəti olub.

Şair Əlixan Ziya Heydər Əliyevə həsr etdiyi "Heydər" "Heyif ki, getdin" şeirlərini söylədi.

Nazlı Cəlilova bu tədbirdə əməyi keçən hər kəsə təşəkkür etdi Ulu Öndərə həsr etdiyi "Ulu Öndər, Şuşa azad olan günşeirini söylədi.

Tədbirin bədii hissəsində tarda Əməkdar artist Nurəddin Salmanov, kamançada ustad sənətkar Əlibəndə Əliyev, nağarada Tahir Əliyevin müşayiəti ilə xanəndələr Ziba Hüseynova, Natəvan Hüseynova, Əsmər Məmmədova, Tahir Salmanov, Ramin Bayramov başqaları muğam ifa etdilər. Ziba Hüseynova Ulu Öndərə həsr etdiyi şeirini səhnədə səsləndirdi.

Tədbirdə 236 №-li 237 №-li məktəblərin şagirdləri Ulu Öndərə həsr edilmiş şeirlər söylədilər Yasamal rayon MKS-nin hazırladığı "Ulu Öndər Heydər Əliyev mədəniyyət: aforizmə çevrilmiş kəlamlar" adlı videoçarx nümayiş edildi. Mərdəkan Mədəniyyət Sarayının foyesində Heydər Əliyevə həsr