Meliorasiya və su təsərrüfatına dəyərli töhfələr
İQTİSADİYYAT

Meliorasiya və su təsərrüfatına dəyərli töhfələr

Ulu öndər Heydər Əliyevin fəaliyyəti xalqımızın respublikamızın gələcəyi üçün örnək, zəngin həyat məktəbi, əvəzsiz nümunədir. Bu məktəbi keçmək, ondan öyrənmək böyük bir nemətdir.

Heydər Əliyev böyük uzaqgörənliklə "Mən həmişə xalqa arxalanmışam, xalqa bel bağlamışam... Mənim həyatım həmişə xalqla bir yerdə olub, bu gün bir yerdədir, sabah da bir yerdə olacaqdır" dedi xalqımız qarşısında göstərdiyi möhtəşəm xidmətlərinə görə tarixdə əbədi yaşamaq haqqı qazandı.

2023- il bir onunla əlamətdardır ki, bu il Heydər Əliyev ili kimi tarixə düşür ulu öndərin 100 illik yubileyi kimi yaddaşlara həkk olunur. Ölkəmizin hər yerində ümummilli liderimizin yubiley tədbirlərinə xalqımız böyük sevgi coşqu ilə qeyd edir. Azərbaycan Meliorasiya Su Təsərrüfatı ASC-nin çoxsaylı kollektivi, xüsusilə cəmiyyətin YAP ilk ərazi təşkilatının üzvləri bu dahi şəxsiyyətin yubileyini əməli töhfələri ilə qarşılayırlar.

Cəmiyyətin YAP ilk ərazi təşkilatı Heydər Əliyevin ideyalarının zəngin tarixi irsinin gənc nəslə aşılanması üçün mütəmadi olaraq tematik tədbirlər keçirir, təbliğat-təşviqat işlərini genişləndirir. Ulu öndərin bütövlükdə Azərbaycan üçün gördüyü işlər, eləcə meliorasiya su təsərrüfatının inkişafındakı misilsiz xidmətləri kollektiv arasında geniş müzakirə edilərək, ümummilli liderin ölməz ideyaları gənclərin qan yaddaşına həkk olunur.

"Meliorasiya su təsərrüfatı obyektləri bizim sərvətimizdir bu sərvətdən səmərəli istifadə etməliyik" sözlərini tarixə yazmış ulu öndər Heydər Əliyev Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiya su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi təşkilatçısıdır.

1969-cu il iyulun 14- Azərbaycana rəhbər seçilən Heydər Əliyev heç bir ay keçməmiş Mərkəzi Komitənin avqust plenumunu keçirərək, iqtisadiyyatı bərbad vəziyyətdə olan respublikanı dirçəltmək üçün qarşıda duran vəzifələri müəyyənləşdirdi.

Ölkəmizdə meliorasiya irriqasiya işlərinə maraq hələ XIX əsrin ikinci yarısından başlanmasına baxmayaraq, meliorasiya irriqasiya işlərinin inkişaf edərək geniş miqyasda vüsət tapması yalnız 1969-1982-ci illərə, yəni unudulmaz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrə təsadüf edir. Həmin illərdə Heydər Əliyevin şəxsi təşəbbüsü yaxından köməkliyi ilə meliorasiya su təsərrüfatında böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti istismar təşkilatlarına, elmi-tədqiqat, layihə-axtarış institutlarına malik ixtisaslaşmış meliorasiya su təsərrüfatı sahəsi, su axımını bölüşdürən, tənzimləyən suvarma sistemləri, kollektor-drenaj şəbəkələri, nasos stansiyaları çoxsaylı su anbarları sututarlardan ibarət etibarlı meliorasiya su təsərrüfatı kompleksi yaradılmış, ölkədə suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfə artmışdır.

1976-1982-ci illərdə respublikanın rəhbəri Heydər Əliyevin xüsusi diqqət qayğısı nəticəsində su təsərrüfatı sahəsində aparılan işlərin miqyası daha da genişləndirildi. Bu illərdə meliorasiya tədbirlərinə yönəldilən vəsaitin həcmi 1971-1975-ci illərdəkinə nisbətən 2,4 dəfə artdı 1 milyard 382 milyon manata çatdı. 1,2 milyard manata yaxın əsas fondlar işə salındı, 89,6 min hektar yeni suvarılan torpaqlar istifadəyə verildi, 605 min hektar sahədə suvarma sistemləri yenidən quruldu, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırıldı, 274,4 min hektar sahədə əsaslı hamarlama işləri aparıldı.

Bu dövrdə Tərtərçay üzərində 143 min 500 hektar sahəni suvara biləcək, həcmi 565 milyon kubmetr olan Sərsəng Su Anbarı su elektrik stansiyası ilə birlikdə, həcmi 5,86 milyon kubmetr olan Suqovuşan (Madagiz) Su Anbarı, Tərtərçay magistral kanalları, Naxçıvan MR- Arpaçay üzərində həcmi 150 milyon kubmetr olan Arpaçay Su Anbarı magistral kanallar, Naxçıvançay çayından qidalanan, həcmi 12,7 milyon kubmetr olan Sirab Su Anbarı, Füzuli rayonunda Aşağı Köndələnçay Su Anbarı, Lənkəran rayonunda həcmi 52 milyon kubmetr olan Yuxarı Xanbulançay Su Anbarı kompleksi, Tovuz rayonunda üçpilləli nasos stansiyası