Məhsəti həmişə sevilir...
Tarixi şəxsiyyətlər

Məhsəti həmişə sevilir...

Tanrı ondan heç nəyi əsirgəməmişdi: gözəl qamət, savad, poetik istedad, məlahətli səs... Bütün bunlar ona hələ gənc yaşlarında müsəlman dünyasının bir çox ölkələrində nüfuz rəğbət qazandırmışdı. O məlahətli səsi eşitmək üçün uzaqdan-yaxından əyanlar, tacirlər Gəncəyə gəlirdi. Çoxları onun səsinin vurğunu idi...

XI əsrin sonları - XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi Azərbaycan müsəlman intibahının parlaq nümayəndəsi olmaqla öz şeirlərində sənətkar, şair, müğənni mütrüb obrazlarını tərənnüm edən yeni şəhər poeziyasının təmsilçisi idi. Bir çox ilklər yazılmışdı taleyinə: ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz çox ehtimal ki, ilk qadın bəstəkarımız. Şairənin tərcümeyi-halı dəqiq deyil, rəvayətlər əsasında tərtib olunduğundan qeyri-dəqiqliyi ilə fərqlənir. Rəvayətlərə əsasən, o, Gəncənin Xərabat məhəlləsində yaşamış, vaxtının çoxunu ziyafətlərdə, musiqi rəqs məclislərində keçirmişdir. Əsərləri içərisində Gəncənin Xərabat məhəlləsində yaşayan gənc sənətkarlara, müxtəlif peşə adamlarına həsr etdiyi şeirlər silsiləsi daha çox məşhurdur:

Dün kaşı kuzəmi daşlara çaxdım,

Sərxoşdum bilmədim əlimdən saldım.

Kuzə dilə gəlib dedi ki, mən

Sənin kimi idim, bu günə qaldım.

Şeirlərində əsasən şərabı, eşq duyğusunu tərənnüm edən Məhsəti bu misralarla başqa bir reallığı, sərxoşluğun, eyş-işrətin insanı fəlakətə sürüklədiyini, nüfuzdan saldığını açıb göstərmək istəyir: "...mən sənin kimi idim, bu günə qaldım", - deyə kuzə başı daşdan-daşa dəyəndən sonra ayıldığını etiraf edir.

Məhsəti Gəncəvi təqribən 1089-cu

ildə Gəncə şəhərində doğulmuş ömrünün sonuna qədər burada yaşamışdır. Onun əsl adı Mənicə idi, Məhsəti adını isə özünə ədəbi təxəllüs kimi götürmüşdü.

Məhsəti yaxşı təhsil almış əsərlərindən göründüyü kimi, Rum, Mərv, Bəlx, Nişapur, Herat, Gəncə, Xorasan, İraq, Zuzən, Arran s. şəhər vilayətlərdə olmuşdu. Bir müddət o, böyük Sultan Səncərin sarayında yaşamış, onun qəbullarında burada keçirilən ədəbi məclislərdə iştirak etmişdir. Deyilənlərə görə, bir dəfə onun gözlənilmədən yağan qar haqqında bədahətən söylədiyi rübai Sultan Səncərin diqqətini çəkmiş: "Göylər sənə gümüşü xalça göndərib ki, atının nalı bulanmasın", - rübaisini eşitdikdən sonra şairəni "-hisfi" ("Ən böyük") adı ilə mükafatlandırmış onu öz yaxın əhatəsinə qəbul etmişdi. Sonralar Sultan Məhəmməd onun oğlu Sultan Mahmudun dövründə sarayda yaşamışdı.

Onun həyatı barədə məlumatlar, əsasən əlyazma nüsxələri Azərbaycan Əlyazmalar İnstitutunda, İstanbulda Londonda saxlanılan, XIII əsrə aid edilən "Məhsəti Əmir Əhməd" dastanından götürülür. Dastanın müəllifi XIII əsrdə yaşamış Azərbaycan şairi alimi Abdulla Cövhəri Zərgər Təbrizidir buradakı qəhrəmanlar, o cümlədən şair Əmir Əhməd, Gəncə şahları Sultan Məhəmməd Sultan Mahmud real şəxsiyyətlərdir. Dastanda Gəncə Xətibinin oğlu Əmir Əhməd Məhsətinin məhəbbətindən bəhs olunur. Əmir Əhmədlə tanışlıqdan sonra Məhsətinin saraydan uzaqlaşması onun şeirlərinin gözəlliyindən vəcdə gələn Gəncə şahının xoşuna gəlmir o, tələb edir ki, sevgililər ayrılsınlar Məhsəti birdəfəlik sarayda yaşasın, lakin belə olmur. Şairə Əmir Əhmədlə ailə qurur onların bu nikahdan iki övladları olur. Atası öldükdən sonra Əmir Əhməd Gəncənin xətibi seçilir. Təəssüf ki, onun özü cavan yaşda rəhmətə gedir. Məhsəti Əmir Əhmədin ölümünə çox göz yaşı tökür axırda gözləri tutulur. Şairə öz sevgilisindən sonra cəmisi iki il yaşaya bilir.

Deyilənlərə görə, şairə Nizami Gəncəvinin məzarının yanında basdırılıb. 1923- ildə Nizaminin məzarı