Mehriban xanım Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açılıb
Sosial həyat

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açılıb

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aprelin 11- Xəzər rayonunda iftar süfrəsi açılıb.

AZƏRTAC xəbər verir ki, iftar süfrəsində şəhid ailələrinin aztəminatlı ailələrin üzvləri, qazilər iştirak ediblər.

Tədbirdə "Qurani-Kərim"dən ayələr oxunub, Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz ruhuna dualar edilib, Ramazan ayının fəzilətlərindən savablarından danışılıb.

Vətən müharibəsi şəhidi Ramin Yusifzadənin anası Reyhan Yusifova, Aprel döyüşlərinin Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit Emil Həsənov Azərbaycan dövlətinin şəhid ailələrinə, aztəminatlı ailələrin üzvlərinə, qazilərə diqqət qayğısından danışıb, minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, bu qəbildən olan şəxslər daim Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyevanın diqqət qayğısı ilə əhatə olunublar. Belə tədbirlərin təşkili məhz bu diqqət qayğının, mənəvi dəstəyin bir ifadəsidir.