Ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, dövlətimizə və xalqımıza şərəflə xidmət edən, hüquq-mühafizə orqanı statusu olan Ədliyyə Nazirliyinin formalaşdırılması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan ədliyyəsinin yenidən və əsaslı surətdə təsis edilməsi məhz ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə, gərgin iş və prinsipial siyasi iradə nümayiş etdirilməsi hesabına baş tutmuş, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş və bundan sonra dayanıqlı fəaliyyəti təmin edilmişdir. Həmin dövrdə Ədliyyə Nazirliyi məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdır.
Müstəqillikdən sonra da Azərbaycan ədliyyəsinin inkişafı dahi öndərin daim diqqət mərkəzində olmuşdur. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ümummilli liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilmiş, nazirliyin səlahiyyətləri genişlənmiş, dövlət siyasətinin realizə edilməsində rolu, cəmiyyətdə nüfuzu artmışdır.
Ulu öndərin ədliyyə sahəsində apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq, 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq olunduğu gün 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.
Ədliyyə orqanlarının əsas kredosu qismində çıxış edən qanunçuluq və hüququn aliliyi prinsipləri ümummilli liderin uzun illər təbliğ etdiyi və öz siyasətində hər zaman rəhbər tutduğu haqq-ədalət ideyasına əsaslanır, ondan qaynaqlanır. Heydər Əliyevin zəngin siyasi idarəetmə irsində haqq-ədalət ideyasının təməl postulatları onun hakimiyyətinin müxtəlif illərində ictimaiyyət üçün əlçatan olmuşdur ki, bu da təsadüfi deyildir. Həmin postulatlar həm dövlət işində çalışan məmurlar, həm də vətəndaşlar üçün hər zaman bir mayak, mesaj rolunu oynamışdır. Belə ki, Heydər Əliyevin ədalət haqqında fikirləri dövlət işində çalışan məmurlar üçün hər zaman rəhbər tutulmalı olan əsas meyar kimi çıxış etmiş və etməkdədir. Eyni zamanda ulu öndərin hakimiyyətdə olduğu bütün illər ərzində həmişə bu sualın cavabı vahid olmuşdur - vətəndaş öz dövlətindən yalnız haqqı və ədaləti gözləməlidir.
Hələ "Literaturnaya qazeta" qəzetinin 18 noyabr 1981-ci il tarixli nömrəsində dərc edilmiş "Qoy ədalət zəfər çalsın" başlıqlı müsahibəsində ümummilli lider vurğulayırdı ki: "Biz idealist deyilik və iddia etmirik ki, xeyrin şər üzərində əbədi mütləq qələbəsinə nail olacağıq. Lakin tərəzinin haqq-ədalət, qanunçuluq, ideyalılıq qoyulan gözünün ağır gəlməsinə nail ola bilərik və olmalıyıq". Müstəqillikdən sonrakı illərdə də Heydər Əliyev haqq-ədalət ideyalarının dövlətçiliyimiz və xalqımız üçün nə dərəcədə əhəmiyyətli olduğunu öz ictimai nitqlərində mütəmadi olaraq dilə gətirmiş və apardığı siyasətin əsas xətti kimi məhz ədalət ideyasının çıxış etdiyini dəfələrlə təsdiqləmişdir. Məsələn, 4 avqust 1995-ci il tarixdə respublika hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə çıxış edərkən ümummilli lider vurğulamışdır ki: "Heç bir cinayətkar cəzasız qalmayacaq, qaçıb canını qurtara bilməyəcəkdir. Cinayətkarlar gec-tez yaxalanacaq və haqq-ədalət məhkəməsi qarşısında duracaqlar. Bu mənada mən cinayətkarların hüquq-mühafizə orqanları tərəfindən tapılmasını ictimai-siyasi həyatımızda böyük nailiyyət, hadisə kimi qiymətləndirirəm. Xalq da, ədalət də, görünür ki, Allah da haqqın, ədalətin tərəfindədir". Yaxud 19 mart 1995-ci il tarixində respublikada dövlət çevrilişi cəhdi və onun qarşısının alınması ilə bağlı keçirilən müşavirədə çıxış edən Heydər Əliyev bildirmişdir ki: "Biz haqq yolundayıq, ədalət yolundayıq. Biz müstəqil dövlətimizi qoruyuruq, onun inkişafını təmin edirik və bu yolda kim bizə mane olacaqsa, öz cəzasını alacaqdır" və s. Belə sitatları sonsuz sayda gətirmək mümkündür. Onların hamısının qayəsində