Bəşəriyyətin ilk insan məskənlərindən biri olan Azərbaycan çox qədim tarixi-mədəni irsə malikdir. Dövlətçilik ənənələri eramızdan əvvəl birinci minilliyə gedib çıxan xalqımız daim bu tarixi-mədəni irsi qorumuş, öz mental individuallığını saxlaya bilmişdir. Azərbaycan kimi kiçik ölkə dünyanın istər siyasi tarixinə, istərsə də elm, mədəniyyət və incəsənətinə zaman-zaman öz əvəzsiz töhfələrini vermiş, onu daim zənginləşdirmişdir. Lakin xalqların böyüklüyü onun ərazisinin genişliyi və ya əhalisinin sayı ilə deyil, yetirdiyi tarixi şəxsiyyətlərlə ölçülür. Bu baxımdan Azərbaycan xalqı sözsüz ki, böyük bir xalqdır. Çünki hər zaman torpağımız dünya mədəniyyətində, siyasətində, ədəbiyyatında xüsusi yeri olan bəşəri şəxsiyyətlər yetirmişdir. XX əsrdə isə Azərbaycan torpağının yetirdiyi ən böyük şəxsiyyətlərdən biri və bəlkə də birincisi ulu öndər Heydər Əliyev olmuşdur. Vətənə və xalqa hədsiz sevgi və bağlılığı ilə seçilən Heydər Əliyevin bu ilin may ayında anadan olmasının 100 illiyi tamam olur.
İkinci minilliyin sonuncu yüzilliyi Azərbaycan üçün çox ağır və keşməkeşli bir dövr idi. XX əsrin əvvəllərində Azərbaycan rus imperiyasının çoxəsrlik əsarətindən qurtularaq müstəqillik əldə etdi. Amma bu müstəqillik də uzun çəkmədi. 1918-ci ilin may ayında yaradılan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aydan sonra ölkəyə qızıl ordunun xaincəsinə basqını ilə süquta uğradı. Və Azərbaycan 1920-ci ildə zor gücü ilə Sovet imperiyasının tərkibinə qatıldı. Həmin dövrdə azərbaycanlılar nəinki keçmiş ittifaqın ərazisində, elə öz doğma yurdunda belə sıxışdırıldı, onlarla ikinci növ insanlar kimi rəftar edildi və bu proses uzun bir müddət, düz 1969-cu ilə qədər davam etdi.
1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə Heydər Əlirza oğlu Əliyev təyin edildi və elə bu hadisədən sonra azərbaycanlılara qarşı münasibət köklü surətdə dəyişdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar sayəsində Azərbaycan aqrar-sənaye respublikasından sənaye-aqrar ölkəsinə çevrildi. Respublikada aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, məktəb və bağça binaları, sənaye müəssisələri tikildi, yollar salındı.
Mədəni yüksəlişə hər zaman önəm verən Heydər Əliyev bu sahədə də böyük işlər gördü. 1969-1982-ci illərdə ölkəmizdə 1155 kitabxana, 1316 mədəniyyət sarayı, klub, 44 muzey tikilib istifadəyə verilmişdir. Həmin illərdə istər klassik ədəbi irsimizin təbliği və dünya miqyasında təsdiqini tapmasında, istərsə də mədəniyyətin bir çox sahələrinin nəzərəçarpacaq inkişafında Heydər Əliyevin xidmətləri misilsizdir. Klassik Azərbaycan ədəbiyyatı, incəsənəti çoxəsrlik tariximizin məhz Heydər Əliyev dövründə, onun bilavasitə dəstəyi və himayədarlığı ilə bütün dünyada tanınmış kino, teatr, opera-balet, təsviri sənət əsərlərimiz sərhədləri aşmışdır.
Heydər Əliyevin gərgin səyi nəticəsində minlərlə azərbaycanlı gənc elmin və təhsilin dərinliklərinə yiyələnmək üçün SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərildi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi. Azərbaycana sovetlər dönəmində rəhbərlik etdiyi 14 il ərzində yüzilliklər boyu əldə edilməsi mümkün olmayan nailiyyətləri gerçəkləşdirməyi bacaran Heydər Əliyevə bütün bunları həyata keçirməyə onun Vətənə, xalqa, torpağa hədsiz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı kömək etmişdir.
"Bizim ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdəki hörmətini qaldırmaq lazımdır. Çünki xalq həmişə öz ziyalıları, öz mədəni irsi, öz elmi ilə tanınır. Şübhəsiz ki, xalqın tarixində sərkərdələrin də, siyasətçilərin də, böyük rolu vardır. Ancaq xalq həmişə mədəniyyəti, elmi ilə tanınıb və keçmiş tariximiz də bunu sübut edir", - deyən Heydər Əliyev 70-ci illərdə Azərbaycan paytaxtında və digər şəhər və rayonlarımızda tanınmış mədəniyyət, ədəbiyyat və