Maliyyə Nazirliyi Beynəlxalq Valyuta Fondunun Bakı ofisinin bağlanması qərarını təbii qarşılayır
İQTİSADİYYAT

Maliyyə Nazirliyi Beynəlxalq Valyuta Fondunun Bakı ofisinin bağlanması qərarını təbii qarşılayır

Maliyyə Nazirliyi Beynəlxalq Valyuta Fondunun (BVF) Bakı ofisinin bağlanması qərarını təbii qarşılayır.

AZƏRTAC xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr vətəndaş müraciətləri ilə şöbəsinin müdiri Mayis Piriyev BVF-nin cari ilin iyun ayının sonundan etibarən Azərbaycandakı ofisinin bağlanması ilə bağlı məktubu aldıqlarını təsdiqləyib Fondun bu qərarını təbii qarşıladıqlarını bildirib. Belə ki, 1992-ci ildən BVF- üzv qəbul olunan Azərbaycan 1993-2001-ci illərdə Fond ilə sıx əməkdaşlıq edib, bir sıra proqramların keçirilməsi üçün Fonddan kreditlər cəlb edib, bununla əlaqədar həmin illər ərzində ölkəmizdə BVF-nin ofisi rezident nümayəndəlik statusunda fəaliyyət göstərib.

Maliyyə Nazirliyinin rəsmisi vurğulayıb ki, BVF-nin əsas missiyası xərclərini gəlirləri ilə tarazlaşdırmaqda maliyyə çətinlikləri çəkən xarici valyutada olan ehtiyatlarının tükənməsi problemləri ilə üzləşən üzv ölkələrdə makroiqtisadi fiskal vəziyyətin sabitləşdirilməsini yaxşılaşdırılmasını dəstəkləyən kredit maliyyə yardımı proqramları həyata keçirməkdən ibarətdir. Azərbaycan hökuməti sonuncu dəfə 2001-ci ildə BVF-dən kredit cəlb etmişdir, 2015-ci ilədək isə Fonda olan bütün kreditlərini geri qaytarmışdır.

"Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, ümumi daxili məhsulun (ÜDM) əhəmiyyətli artımı, neft gəlirlərinin idarə edilməsi məqsədilə Dövlət Neft Fondunun yaradılması, dövlətin xarici borc öhdəliklərini dəfələrlə üstələyən xarici valyuta ehtiyatlarının formalaşdırılması nəzərə alınaraq, 2009-cu ildən etibarən Azərbaycan Respublikasının Fondla əməkdaşlığı yalnız illik məsləhətləşmələr formatında bəzi texniki yardımların alınmasından ibarət olub. Müvafiq olaraq, bu müddət ərzində BVF öz Bakı ofisini kiçiltmişdir faktiki olaraq bir nəfər əlaqələndirici şəxslə təmsil olunurdu. Maliyyə Nazirliyi hesab edir ki, Fondun yerli ofisinin bağlanması məntiqli addımdır bir növ ölkəmizin maliyyə dayanıqlığı baxımından başqa - daha yüksək çəki kateqoriyasına irəliləməsinin iqtisadi reytinqinin artmasının göstəricisi sayıla bilər", - deyə M.Piriyev qeyd edib.

Maliyyə Nazirliyinə ünvanlanan məktubda Fond özü bu qərarını məhz Azərbaycanın hazırda dayanıqlı iqtisadiyyata böyükhəcmli maliyyə ehtiyatlarına malik olması imkanları prizmasından baxaraq, ölkəmizlə gələcəkdə proqram xarakterli əməkdaşlığa ofisin fəaliyyətinə ehtiyacın qalmaması ilə izah edib.

Bakıda Fondun yerli ofisinin olmaması şəraitində texniki dəstək çərçivəsində olan əməkdaşlığın genişləndirilməsinin nəzərdə tutulduğunu qeyd edən M.Piriyev əlavə edib ki, Qazaxıstanın Almatı şəhərində yeni təsis edilmiş BVF-nin Qafqaz, Mərkəzi Asiya Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzinin fəaliyyətinə Azərbaycan Respublikası tərəfindən maliyyə dəstəyinin göstərilməsi qərara alınıb. Artıq Azərbaycan Respublikasının bir sıra dövlət qurumları bu Mərkəzin fəaliyyətindən, təlim texniki ekspertizalarından faydalanmaq üçün maraq göstərirlər.