Zati-aliləri cənab Prezident!
8 Noyabr – Zəfər Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi çatdırıram. Mən bir il əvvəl Azərbaycan-Malayziya əlaqələri ilə bağlı tədqiqat aparmaq üçün gözəl ölkənizdə səfərdə olmuşam.
Bu il əlamətdar bir ildir, çünki Azərbaycan ilə Malayziya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Ölkələrimizin sülh şəraitində daha da inkişaf etməsini və əlaqələrinin möhkəmlənməsini arzulayıram.
Cənab Prezident, əlamətdar gün münasibətilə Sizi bir daha təbrik edirəm.
Hörmətlə,
Roy Rogers,
Malayziyanın Kuala Lumpur şəhərində fəaliyyət göstərən
Malaya Universitetinin dosenti.