Vətən müharibəsində işğalçı Ermənistanın ağır məğlubiyyətə uğraması dünya erməniliyini və onların havadarlarını ciddi şəkildə narahat etməkdədir. Bu mənada, Fransa və onun prezidenti Emmanuel Makronun da erməni sevgisini qeyd etmək lazımdır. Fransa Prezidentinin xalqa müraciətindən sonra ölkədə etirazlar yenidən alovlanıb. Fransanın böyük şəhərlərində yaşayan sakinlər Makrona narazılığını bildirmək üçün küçələrə axışıblar. Belə ki, Parisdə 2000-ə yaxın etirazçı nümayişə qatılıb. Qeyd edək ki, Fransanın aparıcı həmkarlar ittifaqları ölkədə pensiya yaşının artırılmasına qarşı ümumxalq etirazı təşkil ediblər.
Ölkəsində kütləvi etirazlara səbəb olan və müzakirə olunan pensiya islahatı fonunda Emmanuel Makronun reytinqi son üç ildə ən aşağı səviyyəyə çatıb. Bunu IFOP sosioloji xidmətinin bazar günü Le Journal du Dimanche qəzetində dərc etdirdiyi sorğunun nəticələri də sübut edir. Sorğunun nəticələrinə görə, sorğuda iştirak edən fransızların yalnız 32 faizi Makronun prezident kimi fəaliyyətindən razıdır. Bu, bir ay əvvəllə müqayisədə 2 faiz azalma deməkdir. Deməli, ermənilər, elə Paşinyanın özü belə Makronun bütün tövsiyələrini, eləcə də yanlarında olması fikirlərini dəyərləndirərkən bu məqamı da nəzərdən qaçırmamalıdır. İndi onun özünün yanında olan lazımdır ki, nəinki dünya siyasi arenasında qlobal oyunçu kimi, hətta ölkəsinin prezidenti olaraq qala bilsin.
Fransa böyük dövlət rolunu itirir. Təbii ki, bunun əsasında, ilk növbədə müsəlman dünyasına nifrət dayanır. İmperiya və qüdrətli dövlət olduğu dövrdə Afrika və Asiyanın müsəlman ölkələrində qul alveri ilə məşğul olmuş Fransa artıq həmin ərazilərdə mövqelərini itirib. Buna görə də hazırda onları ənənəvi üsullarla yenidən ələ keçirməyə cəhd göstərir. Rəsmi Paris artıq müstəqil olan həmin ölkələrlə bərabərhüquqlu davranmağa özündə güc tapmır. Beynəlxalq aləmdə siyasi rəqabətə davam gətirə bilməyən Fransa Ermənistan kimi faktorlardan Türkiyə və Azərbaycana qarşı istifadə edir. Makron bu acınacaqlı cəhdləri Fransanın xarici siyasətinin, xüsusən də Afrika qitəsi ölkələrinə münasibətdə tam fiaskosu fonunda nümayiş etdirir. Makronun Azərbaycana qarşı açıq-aşkar düşmənçilik siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə qısqanclıqdan doğur. Azərbaycan Prezidentinin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu möhtəşəm Zəfər qazanmış, ərazi bütövlüyümüzü bərpa etmişdir. Bu gün də Ali Baş Komandan həmişə revanşizm ideyalarına aludə olan və bu məsələdə Makron rejiminə arxalanan Ermənistanın istənilən təxribatçı hərəkətini dəf etməyə hazır olduğunu nümayiş etdirir.
Fransa Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları prosesində təmsil olunmaq istəyir. Amma onun bu istəyi iki ölkə arasında sülhün əldə edilməsinə töhfə vermək deyil. Fransanın mövcud hakimiyyəti sülh danışıqları prosesinə qatılmaqla öz maraqlarını təmin etməyə çalışır. Bu kontekstdə isə iki istiqamət çox qabarıq görünür. Birinci istiqamət budur ki, Emmanuel Makronun komandası sülh danışıqları platformasında Ermənistanı birtərəfli qaydada dəstəkləyir, qarşılığında isə Fransadakı erməni diasporundan özü üçün yardım alır. İkinci istiqamət isə onun Cənubi Qafqaza daxil olmaq, regionun siyasi, iqtisadi, strateji potensialından yararlanmaq cəhdidir.
Makron 59-cu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən tədbirdəki çıxışında Cənubi Qafqazla bağlı məsələyə toxunaraq bildirib ki, hamımızın borcu Rusiyanın bu gün təkcə Ukraynada deyil, Qafqazda, Yaxın Şərqdə balanssızlıq və nizamsızlıq qüvvəsi olduğunu izah etmək işini davam etdirməkdir. Qafqazın problemlərini mənim təsvir etdiyim neokolonial Rusiyanın həll edəcəyinə kim necə inansın? Mən dostum Baş nazir Paşinyanın qarşısında deyirəm, onun yanında dayanmağa davam edəcəyik.
Fransa Cənubi Qafqazla bağlı sülh bəyanatlarında səmimi deyil. Çünki rəsmi Paris məhz gərginlik vasitəsilə regionda mövcud ola bilər. Makronun Cənubi Qafqazda sülhdə maraqlı olduğunu dediyi halda, Ermənistan baş naziri Nikol Paşinyan barəsində "dostum" sözünü işlətməsi, ümumiyyətlə, onun əməli ilə sözünün üst-üstə düşməməsi Fransa liderinə qarşı ikrah yaradır. Makron