“Made in Qarabağ
İQTİSADİYYAT

“Made in Qarabağ" brendi ilə məhsul istehsal edilir

Şanlı qələbədən sonra Qarabağ Şərqi Zəngəzurun dirçəldilməsi, inkişaf etdirilməsi, ləyaqətli məskunlaşma aparılması, bu bölgələrdə aqrar sahə sənaye müəssisələrinin yaradılması üçün bütün hədəflər müəyyən edilib. Yurd yerlərinə qayıdacaq insanların məşğulluğunun təmin edilməsi üçün məqsədyönlü işlər aparılır.

Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan bölgələr əlverişli hava şəraitinə, suvarma suyunun bol olmasına, əkinəyararlı münbit torpaqlarına görə kənd təsərrüfatı bitkilərinin, o cümlədən heyvandarlığın, arıçılığın inkişaf etdirilməsi üçün böyük potensiala malikdir. Buna görə nəzərdə tutulub ki, azad edilmiş ərazilərdə təxminən 200 min hektar əlavə torpaq əkin dövriyyəsinə cəlb edilsin, ərazilərin minalardan təmizlənməsi ilə ardıcıl olaraq torpaqlar əkin altına verilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən geniş turizm imkanlarından səmərəli istifadə edilməsi, hər iki bölgənin  inkişafının təmin edilməsi üçün bütün işlər vahid proqram əsasında aparılır. Məhz bu məqsədlə dövlətimizin başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılması üçün mühüm dövlət sənədi imzaladı həmin Sərəncamda işğaldan azad edilən torpaqlarda gələcək inkişafın istiqamətləri müəyyən edilib.

Rəsmi statistikaya görə, işğaldan əvvəl ölkə üzrə əkin sahələrinin 7,7 faizi, üzümçülüyün 24,7, taxılçılığın 14,3, tütünçülüyün 11,6, bostançılığın 5,3, kartofçuluğun 3,3, pambıqçılığın 2,7, tərəvəzin 2,3, meyvə giləmeyvə sahələrinin 1,8 faizi Qarabağ Şərqi Zəngəzurun payına düşürdü. Burada 1,213 milyon  hektar (ha) torpaq sahəsinin yarısı - 591,776 min hektar əkinəyararlı, 231,056 min hektar əkin, 351,822 min hektar örüş-otlaq biçənək sahəsi, 8,898 hektar həyətyanı sahə olub. İşğaldan azad edilmiş ərazilərdə 2023- ilin məhsulu üçün payızlıq yazlıq əkinlər daxil olmaqla, 50 min hektardan artıq sahədə taxıl əkinləri həyata keçirilib. Bu isə o deməkdir ki, Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarında heyvandarlıq, həmçinin bitkiçilik üzrə indiki kənd təsərrüfatı həcminin 8 faizi nisbətində ümumi məhsul istehsalı qeydə alınacaq. Başqa sözlə, bu bölgədə 45 min ton ət, 200 min tondan çox süd istehsalına real şərait yaranacaq. Bu isə ölkəmizdə heyvandarlıq məhsulları ilə bağlı idxalı xeyli  azaldacaqdır. Təkcə Ağdam Füzuli rayonlarının işğaldan azad edilən ərazilərində 180 min tondan çox taxıl istehsal ediləcək, digər kənd təsərrüfatı bitkilərinin əkinləri genişləndiriləcək. Azad olunmuş rayonlar yalnız heyvandarlıq üçün deyil, əlverişli təbii-iqlim şəraitinə zəngin bitki örtüyünə malik olduğundan arıçılığın inkişafı üçün böyük potensial var. Artıq iki ildir ki, azad edilmiş ərazilərdəki yaylaqlara ümumilikdə 4068, o cümlədən Laçın yaylaqlarına 531 arı ailəsi olmaqla 15 arıçılıq təsərrüfatı köçürülür bu rəqəmlər hər il yüksəlir. Qarabağ Şərqi Zəngəzur həm yaylaqları ilə məşhurdur. Keçmiş sovet dönəmində aran rayonlarından həmin yaylaqlara yüz minlərlə iri xırdabuynuzlu heyvan aparılar üç-dörd ay burada bəslənərdi.

Qarabağda Şərqi Zəngəzurda aqrar sahənin inkişaf etdirilməsi üçün planlı şəkildə qabaqcıl texnologiyalar əsasında çox böyük işlər həyata keçirilir, emal müəssisələri yaradılır. İlk böyük layihə Zəngilan rayonunda icra edilir, burada müştərək aqropark yaradılır. Keçən ilin oktyabr ayında dövlətimizin başçısı İlham Əliyev qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, layihənin birinci mərhələsində inzibati binalar, 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, üzgüçülük hovuzu, xidməti heyətin yaşayışı üçün binalar tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib əkin məhsullarının istehsalı həyata keçirilir.

Sözsüz ki, "Dost Aqropark"ı qida təhlükəsizliyinə mühüm töhfə verəcək. Üç mərhələdə gerçəkləşdiriləcək bu mühüm