Biz illər uzunu torpaqlarımızın bütövlüyü uğrunda mübarizə apardıq. Ötən 30 illik işğal dövründə bütün qüvvələrimizi səfərbər edib, Qarabağın azadlığı uğrunda çalışdıq. Şükürlər olsun ki, bu missiyamızı layiqincə yerinə yetirib, torpaqlarımızı işğaldan azad etdik. Ali Baş Komandan və onun müsəlləh əsgəri sayəsində hər qarış Vətən torpağında ay-ulduzlu Azərbaycan Bayrağı dalğalanır. Sözsüz ki, bütün bunları ölkəmiz öz gücü və qüdrəti hesabına əldə etdi. Xalq-İqtidar birliyi yenə də öz sözünü dedi. Düzdür, əldə olunan Qələbə heç də asan başa gəlmədi. Bu yolda şəhid olduq, qazi olduq, amma məqsəd və məramımızdan bir addım belə geri çəkilmədik. Səbir, iradə nümayiş etdirdik. Müharibəni düşməndən fərqli olaraq döyüş meydanında apardıq. Qarşı tərəfin dinc sakinlərinə, əhalisinə qarşı humanist, həssas yanaşdıq. Qarabağda Azərbaycan vətəndaşı olan erməni əsilli sakinlərə şans verdik. Ermənistana isə işğalçı dövlət olmasına baxmayaraq, ərazilərimizdən tör-töküntülərini tamamilə yığışdırmaq üçün vaxt verdik. Bəs, onlar nə etdilər?
Ermənistan İkinci Qarabağ müharibəsindəki Qələbəmizdən ötən üç ilə yaxın müddətdə öz köhnə adətindən əl çəkmədi. Elə hesab etdi ki, Azərbaycan torpaqlarını işğal etmək 1990-cı illərin əvvəllərindəki kimi asan olacaq. Ancaq xeyr, məsələ tamamilə başqadır. İndi Azərbaycan iqtisadi cəhətdən olduğu kimi, hərbi cəhətdən də çox güclü, qüdrətli ölkədir. Regionda söz sahibi olaraq bütün qonşularının ərazi bütövlüyünə hörmətlə yanaşdığı kimi, qarşı tərəfi də buna dəvət edir. Ancaq Ermənistan işğalçılıq əməllərindən, xain qonşu xislətindən əl çəkmədi. Azərbaycanın verdiyi müddət ərzində nəinki sərhədimizi tanıdı, əksinə göstərilən humanistlikdən sui-istifadə edərək, Qarabağ ərazisinə gizli yollarla silah göndərməyə, ermənilərdən ibarət terrorçu dəstələr yerləşdirməyə çalışdı. Özünü yazıq, əzilmiş biri kimi beynəlxalq aləmə sırımaq istədi. Lakin artıq nə zaman o zamandır, nə də dünya o dünya. Azərbaycanın haqq işi dünya ölkələrinə məlumdur. Ölkəmiz regionda yeni reallıqlar yaradaraq vəziyyətə özü birbaşa nəzarət edir. Dövlətimiz Qarabağın strateji cəhətdən ən mühüm nöqtələrindən olan Laçın rayonunu işğaldan azad etməklə sərhədini bir az da möhkəmləndirdi.
Laçın rayonu Azərbaycanın ən böyük əraziyə malik rayonlarındandır. Hər tərəfdən uca dağlarla əhatələnmiş Laçın həm də çətin relyefə və coğrafiyaya mənsubdur. Uzun müddət müzakirə mövzusu olan Laçın strateji əhəmiyyətə malik olmaqla bərabər, eyni zamanda Ermənistanla sərhədin keçidi rolunu oynayır. Belə ki, rayonun içindən keçən Laçın dəhlizi bu mənada böyük əhəmiyyət kəsb edir. İstər müharibə dövründə, istərsə də müharibədən sonrakı müddətdə ermənilər Laçın yolu ilə Qarabağa silah-sursat daşınmasını, mina basdırılmasını həyata keçirirdi. Baxmayaraq ki, Rusiya sülhməramlıları əraziyə nəzarət edirlər, lakin ermənilər yenə də öz murdar əməllərini yerinə yetirir. Azərbaycanın təbii sərvətlərini qanunsuz yolla talan edərək xarici ölkələrə daşıyırdılar. Ötən il dekabr ayının 12-də azərbaycanlı gənc ekofəallar məsələ ilə əlaqədar öz etirazlarını dünyaya çatdırmaq və beynəlxalq aləmin diqqətini əraziyə yönləndirmək məqsədilə Laçın-Xankəndi yolunda etiraz aksiyasına başladılar. Ermənistan buna da başqa don geyindirməyə çalışsa da, beynəlxalq aləm öz obyektiv münasibətini bildirdi.
Nəhayət, səbir kasası dolan Azərbaycan aprel ayının 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsini qurdu. Yeni yaradılan məntəqədə artıq Azərbaycan Bayrağı dalğalanır. Dövlətimizin bu addımı Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması və İrəvanın Laçın-Xankəndi yolunun girişində nəzarət-buraxılış məntəqəsi qurmasına adekvat cavabdır. Bəli, bu gün Həkəri çayının coşqusunda Azərbaycan bayrağı daha möhtəşəm görünür. Laçının ucalığında, möhtəşəmliyində, Azərbaycan sərhədində dalğalanan bayrağımız Qarabağın azadl