LAÇIN tarixiliklə müasirliyin vəhdətində yenidən qurulan şəhər
Region

LAÇIN tarixiliklə müasirliyin vəhdətində yenidən qurulan şəhər

"Mən isə həmişə deyirdim ki, Laçın, Kəlbəcər Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı... Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır". Bu sözlər qətiyyətli, sözü imzası qədər keçərli olan Qalib Ali Baş Komandanın öz doğma xalqına həm bir hesabatı idi.

Bəli, Azərbaycan lideri xalqımızın dövlətçilik tarixinə hər zaman öyünəcəyi, qürurlanacağı möhtəşəm Zəfər Gününü yazdı. Dövlətimizin gücünü, qüdrətini, xalqımızın vətənpərvərliyini bütün dünyaya nümayiş etdirdi. 2020-ci il sentyabrın 27- Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq məqsədilə Ali Baş Komandan İlham Əliyevin əmri ilə başlanan əks-hücum əməliyyatında 30 il işğal altında qalan ərazilərimiz azad olundu. 44 gün davam edən İkinci Qarabağ müharibəsində şanlı ordumuzun rəşadəti, şücaəti sayəsində oktyabr ayının 4- Cəbrayıl, 17- Füzuli, 20- Zəngilan, 25- Qubadlı rayonu, noyabr ayının 8- isə Şuşa şəhəri işğaldan azad edildi. Yenilməz Azərbaycan Ordusu Şuşa şəhərinin ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü. Qəhrəman Azərbaycan əsgərinin qarşısında tab gətirməyən erməni silahlıları döyüş meydanında bayraq qaldırdı. Azərbaycan Rusiya prezidentləri, Ermənistan baş naziri tərəfindən imzalanan üçtərəfli Bəyanat düşmənin kapitulyasiyası oldu. Bəyanatı imzalayarkən Ermənistan üzərinə götürdüyü öhdəliyə əsasən Ağdam, Kəlbəcər Laçın rayonlarını hərbi əməliyyatlarsız öz sahibinə qaytardı.

Laçın rayonu 1992-ci il mayın 18- Şuşa şəhərinin Turşsu ərazisindən Ermənistan istiqamətindən hücuma keçən düşmən tərəfindən işğal edilmişdi. Şuşadan düz 10 gün sonra Laçın rayonunun işğal altına düşməsi strateji nöqteyi-nəzərdən ölkəmiz üçün çox böyük məğlubiyyət idi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, diplomatik məharəti sayəsində vətənimizin bu gözəl guşəsi, çox böyük strateji əhəmiyyətə malik olan Laçın rayonu 2020-ci il dekabr ayının 1- təhvil verildi.

Düşməndən geri alınan bütün ərazilərimizdə inkişaf, bərpa dövrü başlayıb. Azərbaycan dövləti güclü iradə, əzm nümayiş etdirərək dağıdılmış şəhərləri, kəndləri bərpa edir, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş rayonlarımıza qısa müddət ərzində qaytarılması üçün böyük addımlar atır.

Şəhər kəndlərin bərpası ilə yanaşı, yeni avtomobil dəmir yollarının, həmçinin yeni hava limanlarının tikintisi aparılır. Mühüm coğrafi mövqeyə malik olan Laçın rayonunda da bir sıra strateji infrastruktur layihələrin əsası qoyulmuş, təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq, generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınmışdır. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Murov dağından Laçın şəhərinə qədər tikilən tunellərin uzunluğu 17,5 kilometrdir. Ümumilikdə, 12 tunelin arasında uzunluğuna görə ən böyük Murovdağ tuneli 12 kilometrdir. Eyni zamanda, dördzolaqlı Qubadlı-Laçın yolunun da inşasına başlanılıb. Şəhərin hələ 1980-ci ildə tərtib edilmiş Baş planına əlavələr edilməklə Laçın müasir standartlar əsasında, müasirliklə tarixiliyin vəhdətində yenidən qurulur.

Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunda səfərdə olarkən "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq "Laçın" Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. Laçın şəhərinin ətraf kəndlərin ölkəmizin ümumi enerji sisteminə qoşulması, eyni zamanda dayanıqlı fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə inşa olunan yarımstansiyanın ümumi gücü 80 meqavatamperdir qovşaq funksiyasını daşıyır. Həmçinin, strateji əhəmiyyəti olan