"KORGÖZ-TİKİNTİ-MATERİAL" AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİN
Rəhbərliyinə, Direktoruna:
Rəy
Biz, Azərbaycan Respublikası Auditorlar Palatasının AT/237 qeydiyyat nömrəli "İcazə"sinə əsasən auditor fəaliyyəti göstərən "HL COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyətin işçi qrupu, "KORGÖZ-TİKİNTİ-MATERİAL" Açıq Tipli Səhmdar Cəmiyyətinin 2022-ci il üzrə 31 dekabr tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatdan, kapitalda dəyişikliklər haqqında hesabatından və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.
Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları "KORGÖZ-TİKİNTİ-MATERİAL" Açıq Tipli Səhmdar Cəmiyyətinin 2022-ci il üzrə 31 dekabr tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini, kapitalda dəyişiklikləri və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.
Rəy üçün əsaslar
Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının "Etika məcəlləsinin" (IESBA məcəlləsi) tələblərinə uyğun olaraq "KORGÖZ-TİKİNTİ-MATERİAL" Açıq Tipli Səhmdar Cəmiyyətindən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu və IESBA məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.
Əsas audit məsələləri
Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditi baxımından və maliyyə hesabatlarına dair rəyimizin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.
Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti
Rəhbərlik maliyyə hesabatlarının IFRS (Beynəlxalq maliyyə hesabatları standartlarına) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır. Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik "KORGÖZ-TİKİNTİ-MATERİAL" Açıq Tipli Səhmdar Cəmiyyətini ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik "KORGÖZ-TİKİNTİ-MATERİAL" Açıq Tipli Səhmdar Cəmiyyətinin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır, iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər "KORGÖZ-TİKİNTİ-MATERİAL" Açıq Tipli Səhmdar Cəmiyyətinin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti
Bizim məqsədimiz maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda, yaxud məcmu olaraq, istifadəçilərin belə edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsiretmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.
"HL Company" MMC-nin direktoru - Auditor