Konstitusiya Məhkəməsi Ümummilli Liderin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş konfrans keçirib
Digər xəbərlər

Konstitusiya Məhkəməsi Ümummilli Liderin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş konfrans keçirib

Bu ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlər çərçivəsində aprelin 19-da Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "XXI əsrdə insan hüquq azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri praktiki yanaşmalar" mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə açılış nitqi ilə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışaraq ölkəmizdə müstəqilliyin bərpasından sonra Ümummilli Liderin xalqın təkidli tələbi nəticəsində hakimiyyətə qayıtmasının Azərbaycan dövlətçiliyini ciddi təhlükələrdən xilas etdiyini, ölkənin ictimai-siyasi, sosial-iqtisadi elmi-mədəni həyatında əsaslı dönüşün yarandığını, bütün sahələrdə qazanılan uğurların dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu qeyd edib.

Vurğulanıb ki, müstəqilliyimizin bərpa edildiyi dövrlərdə ölkəmiz Ermənistanın təcavüzü, xarici təzyiqlər daxili çəkişmələr üzündən dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşsa da, Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirib, ölkəmizi ictimai-siyasi pərakəndəliyin anarxiyadan qurtarıb, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını alıb, yeni qurulan dövlətin dayanıqlı inkişaf yolunu müəyyən edib xalqının mənafeyini daim qorumaq üçün bütün imkanlardan istifadə edib.

Sədr görkəmli siyasətçi Heydər Əliyevin vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi üçün önəmli işlər həyata keçirdiyini, Azərbaycanda hüquqi, demokratik dünyəvi dövlət quruculuğunun təməlini qoyaraq inkişaf etdirdiyini vurğulayıb. Hüquqi dövlət quruculuğu inkişafın başlıca istiqaməti kimi müəyyən edilərək Ulu Öndərin rəhbərliyi ilə qısa müddət ərzində geniş məhkəmə-hüquq islahatlarına başlanılıb, demokratik prinsiplər əsasında yeni hüquq sistemi formalaşdırılıb, insan hüquq azadlıqlarının müdafiəsinin təminatı üçün yeni təsisatların yaradılmasına əsaslı zəmin yaranıb.

Dahi şəxsiyyət Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətindən bəhs edən Fərhad Abdullayev qeyd edib ki, 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiya ölkəmizdə dövlətçiliyin inkişafına, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılmasına hüquq sisteminin müasir tələblərə uyğun formalaşdırılmasına geniş imkanlar açıb, həmin proses çərçivəsində ölkəmizdə ilk dəfə olaraq konstitusiya ədalət mühakiməsi institutu təsis edilib.

Qeyd edilib ki, bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin qorunmasına yönələn müqəddəs ideyaları onun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Dövlətimizin başçısının məqsədyönlü fəaliyyəti sayəsində bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycanın daxili xarici siyasəti, respublikamızı dünyada nüfuzlu dövlətlər sırasına daxil edən nəhəng quruculuq işləri, ölkənin xalqın mənafeyi naminə həyata keçirilən layihələr Heydər Əliyevin siyasi idarəçilik irsinin davamıdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları Heydər Əliyevin siyasi-hüquqi ideyalarına uyğun olaraq qanunçuluğun Konstitusiyanın aliliyinin daha da möhkəmləndirilməsinə, hüquqi cəmiyyətin inkişafına, habelə Azərbaycanın sivil inkişaf etmiş dövlətlərin ailəsinə daha fəal inteqrasiyasına xidmət edir.

Sədr diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan məqsədyönlü daxili xarici siyasətin, ordu quruculuğu strategiyasının müasir dövrdə Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi zəfər qazanıb. Dövlət başçısının sərkərdəlik məharəti, strateji diplomatik addımları, yenilməz ordunun gücü xalqın birliyi sayəsində torpaqlarımızın uzun illər davam edən işğalına son qoyularaq ərazi bütövlüyümüz, tarixi ədalət beynəlxalq hüquq bərpa edilib. Bu Qələbə regionda yeni reallıqlar yaratdı Konstitusiyanın hüquqi qüvvəsi işğaldan azad edilmiş torpaqlarımızda bərpa olunub, bununla da, həmin ərazilərdə