Yüksək keyfiyyətli məhsullarımız respublikanın trendinə çevrilərək “Made in Azerbaijan” brendi adı altında xaricə ixrac olunur
Tez-tez eşitdiyimiz “yüksək texnologiya”, “innovasiya”, “innovativ metodlar” anlayışları, ilk növbədə, əlbəttə ki, yenilik, yüksək təcrübi vərdişlərin, elmi biliklərin həyata, praktikaya tətbiqi deməkdir. Bəşəriyyət indiki yüksək inkişaf səviyyəsinə yalnız zaman-zaman elmi bilikləri, təcrübi vərdişləri təkmilləşdirərək gəlib çata bilib. Başqa sözlə, innovasiya bəşəriyyət üçün yeni mövzu deyil.
Fərq ondadır ki, hər dövrün, zamanın öz innovasiyası var. İnnovasiya daim yenilənir, inkişaf edir və bu proses daim davam edir. Çünki insan həmişə düşünür, yenilik axtarır, tapır və istehsalata, həyata, məişətə tətbiq edir. Məsələn, qədim əkinçilik aləti olan xış (müasir kotanın qədim əcdadı) əsrlər boyu təkmilləşdirilərək indiki müasir kotan şəklini alıb. Bəşər övladının bu nəhayətsiz axtarışları bu gün də davam etməkdədir.
Ona görə də innovasiya həyatımıza yeni daxil olub demək düz deyil. İnnovasiya həmişə mövcud olub, bu gün də mövcuddur. Fərq ondadır ki, son 2-3 il ərzində o, həyatımıza, iqtisadiyyatımıza daha sürətlə və kütləvi şəkildə nüfuz edib. Səbəb aydındır: dövlətimiz innovasiyaya üstünlük, rəvac verir. Dövlət başçısı cənab İlham Əliyev öz çıxışlarında, görüşlərdə, videoformatda keçirilən qəbullarda yeni texnologiyaların tətbiqinin əhəmiyyətini önə çəkir.
Məsələn, ötən il iyulun 23-də Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirildi və həmin tədbirdə dövlət başçısı dedi: “Eyni zamanda, su resursları ekoloji tarazlığa, kənd təsərrüfatının inkişafına çox böyük təsir göstərir. Biz kənd təsərrüfatımızı intensiv yollarla inkişaf etdirməliyik və buna nail olmaq üçün kifayət qədər su mənbələrimiz olmalıdır və bu, var. Sadəcə olaraq, əgər, dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir. Biz suyu itiririk. Beləliklə, o, əkin sahəsinə, insanların evinə çatmır, əksinə, torpaqlara ziyan vurur”.
Müşavirədə cənab Prezidentə məlumat verilib ki, suvarmada fermerlərin pilot, damlama, yağış yağdırma və tamburlu suvarma sistemlərinə marağı böyükdür. Dövlət tərəfindən müasir suvarma sistemlərinin qurulması təşviq edilir.
Dövlət innovasiyaya niyə üstünlük verir? Çünki innovasiyaların tətbiqi kənd təsərrüfatında məhsuldarlığı dəfələrlə artırır, torpaq və su ehtiyatlarından daha səmərəli istifadəyə yol açır, məhsulun maya dəyərini aşağı salır, fermer daha çox gəlir əldə edir və s.
Yuxarıda göstərilən və ya yazıda adı çəkilməyən üstünlüklərə görə ölkəmizdə müasir texnologiyalar bütün iqtisadiyyatda geniş tətbiq olunur, o cümlədən kənd təsərrüfatında da.
Aqrar sahədə innovasiyanı ən çox yeni texnikalarda, kənd təsərrüfatı parklarının, traktor, maşın və mexanizmlərinin yenilənməsində, müasirləşməsində görmək olar. Halbuki cəmi 20-25 il bundan qabaq mexanizatorlar köhnə traktorları, digər texnikaları çətinliklə işlədirdilər. Köhnəlmiş kombaynlar taxılın az qala yarısını yerə tökür, zay, məhv edirdi.
İndi bütün bunlar arxada, keçmişdə qalıb. “Aqrolizinq” ASC fəaliyyətə başladığı 20 ilə yaxın bir müddətdə dövlətin dəstəyi və təşkilatçılığı ilə Azərbaycana on minlərlə ən müasir