İstanbulun su ehtiyacını qarşılayan bəndlərin səviyyəsi artan temperatur və quraqlıq səbəbindən xeyli azalıb.
"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, Türkiyədə son 9 ilin eyni dövrünü nəzərə aldıqda, ötən illərə nisbətən bu il quraqlıq ən yüksək səviyyədədir.
Qeyd edək ki, Türkiyədəki Sazlıbosna bəndinin doluluq nisbəti 18,66%-ə enib. Bölgəyə tez-tez balıq tutmağa gələn əhali gördükləri mənzərə qarşısında təəccüb hissi keçiriblər.
İstanbulda iyul ayında havanın temperaturu mövsüm normalarından yüksək olduğu üçün bəndlərin doluluq nisbəti xeyli azalıb.
Töhfə SƏMƏDOVA,
"Respublika".