“İPƏK YOLU SIĞORTA” ASC-nin SIĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SIĞORTA BROKERİNİN MÜHASİBAT BALANSI (rüblük və illik)
Reklam və elanlar

“İPƏK YOLU SIĞORTA” ASC-nin SIĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SIĞORTA BROKERİNİN MÜHASİBAT BALANSI (rüblük və illik)

"İpək Yolu Sığorta" ASC-nin rəhbərliyinə Cəmiyyətin  idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə Müstəqil Auditorun Hesabatı

Rəy

Biz "İpək Yolu Sığorta" Açıq Səhmdar Cəmiyyətinin 31 dekabr 2022-ci il tarixinə təqdim maliyyə vəziyyəti haqqında hesabatdan həmin tarixdə başa çatan il üzrə mənfəət ya zərər digər məcmu gəlirlər, kapitalda dəyişikliklər pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə əsas uçot siyasətinin digər izahedici məlumatların xülasəsindən ibarət olan Maliyyə Hesabatlarının audit yoxlamasını apardıq. Bizim rəyimizə əsasən, əlavə edilmiş Maliyyə Hesabatları Cəmiyyətin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatan il üçün maliyyə nəticələrini pul vəsaitlərinin hərəkətini Maliyyə Nazirliyinin normativ sənədlərinə digər qanunvericilik aktlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirilir.

Rəyin bildirilməsi üçün əsas

Biz auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyət rəyimizin "Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti" bölməsində əks etdirilir. Biz Mühasiblər üçün Beynəlxalq Etika Standartları şurasının dərc etdiyi Peşəkar Mühasiblərin Etika Məcəlləsinə uyğun olaraq Cəmiyyətdən asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk.

Vurğulanan məsələ

Rəyimizi şərtləndirmədən, biz diqqəti maliyyə vəziyyəti haqqında hesabata kapital dəyişiklikləri haqqında hesabata çəkirik, belə ki, maliyyə hesabatlarında göstərildiyi kimi Cəmiyyətin 31 dekabr 2022-ci il tarixinə bölüşdürülməmiş mənfəəti 726,027 AZN ( 31 dekabr 2021-ci il tarixinə: 971,053 AZN) olmuşdur.

Maliyyə hesabatlarına görə rəhbərliyin Cəmiyyətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik hazırkı Maliyyə Hesabatlarını Maliyyə Nazirliyinin normativ sənədlərinə digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanması düzgün təqdim edilməsi, eləcə fırıldaqçılıq yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan Maliyyə Hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sisteminə görə məsuliyyət daşıyır. Maliyyə Hesabatlarının hazırlanması zamanı rəhbərlik Cəmiyyəti ləğv etmək ya onun fəaliyyətini dayandırmaq istəyi, yaxud bundan başqa hər hansı digər real alternativi olmadığı hallar istisna olmaqla, Cəmiyyətin öz fəaliyyətini fasiləsiz davam etdirmək qabiliyyətinin qiymətləndirilməsi, uyğun olduqda fəaliyyətin fasiləsizliyi ilə bağlı məlumatların açıqlanması fəaliyyətin fasiləsizliyi prinsipinə əsasən Maliyyə Hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır. Cəmiyyətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin Maliyyə Hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyırlar.

Maliyyə Hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz saxtakarlıq, yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq Cəmiyyətin Maliyyə Hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə dair kifayət qədər əminlik əldə etmək rəyimizi özündə əks etdirən auditor hesabatının hazırlanmasından ibarətdir. Kifayət qədər əminlik dedikdə, yüksək əminlik səviyyəsi nəzərdə tutulur. Lakin belə əminlik səviyyəsi Beynəlxalq Audit Standartlarına uyğun auditin aparılması zamanı bütün əhəmiyyətli təhriflərin aşkar olunacağına zəmanət vermir. Fırıldaqçılıq ya səhv nəticəsində yarana biləcək təhriflər o halda əhəmiyyətli hesab edilir ki, onlar ayrı-ayrılıqda ya bütövlükdə Cəmiyyətin Maliyyə Hesabatları əsasında istifadəçilərin qəbul etdikləri iqtisadi qərarlara təsir göstərə bilsin.

Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit çərçivəsində biz auditin aparıldığı bütün müddət ərzində peşəkar mülahizələr irəli sürür peşəkar skeptisizmi saxlayırıq. Bundan əlavə, biz:

4Saxtakarlıq, yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq Cəmiyyətin Maliyyə Hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərini müəyyən edir qiymətləndirir, bu risklərə qarşı audit prosedurları işləyib hazırlayır tətbiq edir; rəyimizin bildirilməsi üçün yetərli müvafiq əsası təmin edən audit sübutu əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhv nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir. Belə ki, fırıldaqçılıq gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, təhrif