İdmançımız beynəlxalq turnirdə qızıl medal qazanıb
İdman

İdmançımız beynəlxalq turnirdə qızıl medal qazanıb

Misirin Qahirə şəhərində keçirilən “Pharaoh’s Cup” beynəlxalq turnirində yeniyetmələr arasında (2010-cu il) çıxış edən təmsilçimiz dayaqlı tullanma və sərbəst hərəkətlərin icrasında qızıl medal qazanıb.

"Respublika" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında Leyla Məmmədzadə dayaqlı tullanma, Aynaz Məcidzadə isə sərbəst hərəkətlərdə fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Bu yaş kateqoriyasında çıxış edən digər gimnastlarımız Albina Alieva sərbəst hərəkətlərdə gümüş, dayaqlı tullanmada bürünc medala sahib çıxıb.

Kişilərdən ibarət Azərbaycan yığma komandasının üzvləri Mənsum Səfərov turnik, Rəsul Əhmədzadə sərbəst hərəkətlər, Aydın Əlizadə isə dayaqlı tullanmada bürünc medallar əldə ediblər.