Huawei yeni elektrik avtomobili Luxeed-i təqdim etdi
Digər xəbərlər

Huawei yeni elektrik avtomobili Luxeed-i təqdim etdi

Huawei şirkəti özünün yeni elektrik avtomobili "Luxeed"-i təqdim edib.

"Respublika" "En son haber"ə istinadən xəbər verir ki, Chery ilə birlikdə hazırlanacağı deyilən avtomobil haqqında bilinən hər şeyi daha yaxından nəzərdən keçiririk.

Huawei-nin ağıllı avtomobil departamentinin baş direktoru Yu Chengdong, markanın Luxeed adlandırdığı yeni elektrikli sedan modelini açıqladı. Huawei-nin bu sistemi heç bir insan müdaxiləsi olmadan 200 kilometr məsafə qət edə bilir. Luxeed EH3-ün bu ilin sonuna doğru 27 min dollar başlanğıc qiyməti ilə satışa çıxarılacağı bildirilir.

Röya RÜSTƏMLİ,

"Respublika".