Heykəlləşən qadınlar, qadın heykəlləri
Sosial həyat

Heykəlləşən qadınlar, qadın heykəlləri

Qadın gözəlliyi... Dünya yaranandan, insan özünü dərk etməyə başlayandan şairlərin sözünün, bəstəçilərin gözəl melodiyasının, rəssamların ən möhtəşəm tablolarının, heykəltaraşların sənət əsərlərinin süjet xəttini təşkil edib. Bu mədəniyyət inciləri qadın gücünü, ağlını onun zərifliyi, kövrəkliyi vəhdətində çatdırmağa çalışıb...

Elə Luo Li Rong inanılmaz qadın heykəllərini, britaniyalı Riçard Stayntorp metal məftillərdən qadın obrazlarını, İyan Mişel Bihorel çiçəkdən hazırlanmış qeyri-adi rəqəmsal qadın fiqurlarını da... qadına sevgidən belə gözəl yaradıblar. Onlara baxanda adama elə gəlir ki, indi yerlərindən qalxıb küləyin qanadlarında uçacaq, səninlə dil açıb danışacaqlar.

Bu bayram günündə qadın heykəllərindən, heykəlləşən qadınlardan danışmaq istəyirəm. Çətin bir sual qarşısındayam: Görəsən ən möhtəşəm qadın heykəli dünyanın harasındadır? Yaddaşıma güvənmirəm, bir qədər tarixi vərəqləyirəm...

Venera de Milo ("Milo Venera") Luvrda yerləşir, eramızdan əvvəl 130-100- illər arasında yaradılmış yunan heykəlidir. Bəlkə ən məşhur qədim heykəllərdən biridir. Sınıq qollar ona xüsusi gözəllik qatır. Dəqiq yaranma tarixi müəllifi bəlli deyil.

Knidoslu Afrodita. Türkiyənin Datça ərazisindəki antik Knidos şəhəri heykəltaraşlığın vətənidir. Tarixin ilk gözəllik yarışının ev sahibidir bu torpaqlar. Rəvayətə görə, tanrılar arasında keçirilən bu yarış təxminən 4 min il əvvəl olub. Afrodita adı əsrlərdir ki, dünyanın ən gözəl qadını, qüsursuz nisbət mükəmməllik anlayışları ilə birgə, yanaşı işlənir. Bu gözəlliyin şərəfinə məbədlər tikilib, saysız-hesabsız heykəllər ucaldılıb. Yunan mifologiyasının eşq gözəllik tanrısı olan Afrodita dənizlərdə olanların qoruyucusu eyni zamanda məhsuldarlıq, artma bərəkət ilahəsidir. Antik dövr sənətkarlığının qürur qaynaqlarından biridir, Knidoslu Afrodita heykəli. Bu estetik möcüzə öz zamanının yazarları tərəfindən belə "antik dünyanın görməyə dəyən şah əsəri" adlandırılıb. Heykəltaraş Praksitelesin şah əsərlərindən biridir...

Azadlıq heykəli ya "Dünyanı işıqlandıran azadlıq" heykəli. Nyu-Yorkda Mantiettenində, Nyu-York limanında yerləşən Azadlıq adasında ucaldılmış nəhəng neoklassik heykəl. Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış heykəl 1886- il oktyabrın 28- Fransa xalqı adından ABŞ-a hədiyyə edilmişdir. Heykəldə təsvir olunan ayaq üstə dayanmış xələtli qadın Roma azadlıq ilahəsi Libertası təcəssüm etdirir. O, bir əlində azadlıq məşəli, digərində isə üzərində ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 4 iyul 1776- il tarixinin yazıldığı tabula ansata (qanunların yazıldığı tablet) tutmuşdur. Qırılmış zəncir onun ayağının üstünə sərilmişdir. Azadlığın ABŞ-ın simvollarından biri olan heykəl xaricdən gələn qonaqları salamlayan rəmzdir: Azadlıq, insan haqları, köləliyin aradan qaldırılması, demokratiya inkişaf... Heykəl bunları təmsil edir. Bu gün ən çox ehtiyac duyulan dəyərləri...

Bu arada gözəl Bakımızın küçələrinə nəzər yetirməyə ehtiyac duyuram...

Paytaxtın Abbasquluağa Bakıxanov prospektində bir abidə var. Sevil Qazıyevanın abidəsi. Bir zamanlar çox məşhur idi, ulduz kimi parlayırdı. Azərbaycanda "Qızlar, sükan arxasına!" hərəkatının təşəbbüsçüsü, qadınlar arasında pambıqyığan maşınının ilk sürücü-mexaniki, Sosialist Əməyi Qəhrəmanı, respublikanın Əməkdar mexanizatoru idi Sevil. O zaman 1300 nəfərdən çox sürücü-mexanik qızların hazırlanmasında gərgin əmək sərf etmişdi. 1960- ilin əvvəllərində Azərbaycan komsomolu kənddə texnikanı geniş tətbiq etmək, kənd təsərrüfatı işlərini kompleks mexanikləşdirmək uğrunda geniş yürüşə başladı. Bu nəcib sosialist kənd təsərrüfatını daha da inkişaf etdirmək, məhsul bolluğu yaratmaq məqsədi daşıyırdı. Texniki-peşə məktəblərində qız sürücü-mexanizatorları hazırlanırdı. Sevil məktəbi bitirib 5 nömrəli Mil pambıqçılıq sovxozunda işləyirdi. Maşınla pambıqyığan qızların pioneri oldu. Baharda doğulmuşdu, elə baharda