HEYDƏR ƏLİYEVİN DÖVLƏT QURUCULUĞUNDA İQTİSADİ İSLAHATLARIN ROLU
Siyasət

HEYDƏR ƏLİYEVİN DÖVLƏT QURUCULUĞUNDA İQTİSADİ İSLAHATLARIN ROLU

1993- ilin səksəkəli yayında ulu öndər Heydər Əliyevin Vətəni sevən hər bir azərbaycanlının ürəyində ümid çırağı yandıran "Biz Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirik" sözlərini bütün xalq bir çağırış kimi qəbul etdi.

1994- il iyunun 21- Prezident sarayında keçirilən müşavirədəki yekun nitqində ulu öndər demişdi: "Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir".

Xalqın təkidli xahişi ilə respublikada siyasi rəhbərliyə qayıdan Heydər Əliyev yeni tarixi şəraitdə iki mühüm vəzifənin - Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsinin aradan qaldırılması, dövlət müstəqilliyimizin qorunub saxlanması əbədi edilməsi, habelə dünyəvi, demokratik dövlət quruculuğunun həyata keçirilməsi vəzifələrinin həlli istiqamətində cahanşümul işlərə başladı. Müdrik rəhbərimizin gərgin əməyi, səriştəsi, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörən daxili xarici siyasəti nəticəsində tarixən qısa zaman kəsiyində dövlət müstəqilliyimizin dönməz xarakter alması təmin olundu. Demokratik hüquqi dövlət quruculuğunun möhkəm təməli qoyuldu, siyasi sabitlik, bunun ardınca isə makroiqtisadi sabitlik bərqərar olundu.

Bütün bunların da sayəsində ulu öndər Heydər Əliyev milli dəyərlər zəminində çağdaş dövlətçilik sistemimizin əsaslarını yaradaraq, müstəqilliyimizi əbədi etmişdir. Məhz belə bir tarixi missiyanı müvəffəqiyyətlə həyata keçirmiş Heydər Əliyev Azərbaycan xalqının siyasi dövlətçilik şüurunda ümummilli lider zirvəsini fəth etmişdir.

Başqa sözlə, böyük öndərimiz tariximizə xilaskar kimi daxil olub respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə bu missiyanı çox böyük uğurla yerinə yetirib. Xalqımız yaxşı bilir ki, müasir Azərbaycan cəmiyyətinin formalaşması qurulması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, ümummilli liderimiz azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf etmiş qalib Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur. Ulu öndərə sayğı məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir.

"Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır" deyən xalqımızın böyük oğlu, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi öz müdrik siyasəti, dönməz əqidəsi tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, ölkəmizin regionda lider dövlətə çevrilməsinə nail olmuşdur.

Bu gün biz hamımız böyük iftixar hissi ilə qeyd edirik ki, Azərbaycan Respublikasının siyasi tarixinin qürurvericiliyi ulu öndər Heydər Əliyevin adı ilə, onun Azərbaycan xalqının bu gününə gələcəyinə yönəlmiş uğurlu siyasəti ilə bağlıdır. Sovet hakimiyyəti illərində Heydər Əliyev təxminən 14 ilə yaxın bir müddət ərzində respublikaya rəhbərlik etmiş həmin dövrdə onun fəaliyyətinin mühüm istiqamətlərindən birini iqtisadiyyatın səmərəli şəkildə təşkili idarə edilməsi əsasında respublika əhalisinin maddi mədəni həyat səviyyəsinin yüksəldilməsi problemi təşkil etmişdir. Məlum olduğu kimi, XX əsrin 70-ci illərinin əvvəllərinədək Azərbaycanın iqtisadi sosial inkişafında lazımi dönüş yaradılmamış, respublikanın malik olduğu iqtisadi, elmi-texniki humanitar potensialdan tam dolğun səmərəli şəkildə istifadə edilməmiş, bu isə istər-istəməz sosial-iqtisadi inkişafın ümumi səviyyəsinin ovaxtkı orta İttifaq göstəricilərindən çox aşağı olması ilə nəticələnmişdir. Ağır iqtisadi sosial şəraitdə respublikada rəhbərliyə gələn Heydər Əliyev həmin vaxt üçün mövcud olan vəziyyəti siyasi uzaqgörənliklə düzgün qiymətləndirmişdir. İqtisadiyyatda, sosial-mədəni mənəvi sahələrdə əsaslı dəyişikliklərin həyata keçirilməsini, iqtisadiyyatın təşkili inkişafı sahəsində dönüş yaradılmasını başlıca vəzifə kimi müəyyənləşdirərək, qısa zaman kəsiyində bütün əsas göstəricilər üzrə Azərbaycanın keçmiş SSRİ- öncül mövqelərə çıxmasını təmin