Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə hər an bu şirin nemətin itirilməsi ilə üz-üzə qalmışdı. Həmin zamanlarda hakimiyyətdə mövcud olan boşluqlar, idarəçilikdə səriştəsizlik, hakimiyyətdaxili çəkişmələr ölkədə xaos yaratmışdı.
Ölkə vətəndaş müharibəsinin astanasında idi. Özbaşınalıq, hökumətə tabesizlik, qeyri-qanuni silahlı dəstələrin yaranması adi hal almışdı. Bu xoşagəlməz proseslərin baş verməsində xarici qüvvələrin də rolu böyük olmuşdur.
1993-cü il iyun ayının 4-də Gəncədə Surət Hüseynovun silahlı dəstəsi respublika rəhbərliyinə itaətsizlik göstərərək ölkəni xaosa, qarmaqarışıqlığa sürüklədi. Silahlı dəstə Azərbaycanın qərb bölgəsindəki rayonlarda istədikləri vəzifəyə öz adamlarını təyin edirdi. Bu proses artıq geniş vüsət alaraq Bakıya doğru irəliləyirdi. Onlar Prezidentin, Milli Məclisin sədrinin və başqalarının istefasını tələb edirdilər.
Vətəndaş müharibəsi hər an baş verə bilərdi. Azərbaycan dövləti tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir vaxtda dövlət çevrilişinin qarşısının alınması, Azərbaycan dövlətini, çoxəsrlik dövlətçilik irsimizi məhv olmaqdan xilas etmək üçün Heydər Əliyev Naxçıvandan Bakıya dəvət olundu.
Ümummilli Lider dərhal Gəncəyə yola düşdü. O, həyatının təhlükə altında olmasını bildiyi halda silahlı, başıpozuq, respublika rəhbərliyinə tabe olmayan dəstəylə görüşə getdi. Bununla da Azərbaycanda çox böyük bir faciənin qarşısı alındı.
1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Respublikası Milli Məclisinin sədri təyin olundu. Beləliklə, Azərbaycan dövlətinin məhv olmaqdan xilasını və xalqın qurtuluş missiyasını öz üzərinə götürdü. Elə həmin ilin 3 oktyabr tarixində Heydər Əliyev Azərbaycan xalqının böyük əksəriyyətinin səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Ölkədə siyasi vəziyyət stabilləşdi. Mövcud olan problemlərin həll olunması istiqamətində əməli işlərə start verildi. İflic vəziyyətinə düşmüş milli iqtisadiyyatın dirçəldilməsi üçün bir sıra irimiqyaslı layihələrin icrasına başlandı. Ən başlıcası ölkədə neft strategiyasının həyata keçirilməsi bu sırada prioritet təşkil etdi.
Ulu Öndər çıxışlarından birində demişdir: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsası, mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir".
1994-cü il sentyabr ayının 20-də dünyanın məşhur şirkətləri ilə "Əsrin müqaviləsi" imzalandı. Eyni zamanda respublika iqtisadiyyatının şaxələndirilməsi və sürətli inkişafının təmin olunması üçün qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün irimiqyaslı layihələrə start verildi. Özəl sektorun inkişafı, şəffaflığın təmin olunması nəticəsində daxili məhsul istehsalının həcmində dinamik artım müşahidə olundu. Eyni zamanda yeni iş yerləri açıldı ki, nəticədə əhalinin maddi rifah halı günbəgün yaxşılaşmağa başladı.
Qeyd etmək lazımdır ki, Azərbaycanda nizami ordu quruculuğunda Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Sevindirici haldır ki, bu gün dövlət başçısı İlham Əliyev əsası Ulu Öndər tərəfindən qoyulmuş siyasəti uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən siyasət nəticəsində ölkəmiz regionda lider dövlətlərdən birinə çevrilmişdir.
Azərbaycanın iştirakı olmadan bölgədə heç bir beynəlxalq layihənin icrasından söhbət gedə bilməz. Hazırda respublikamızda ordu quruculuğu sahəsində analoqu olmayan işlər görülür bu, da nəinki regionda, hətta inkişaf etmiş ölkələrin silahlı qüvvələri ilə bir sırada durmağımızı təmin etmişdir.
Milli Ordumuz istənilən hərbi təcavüzün qarşısını almaq iqtidarındadır. 2020-ci ildə sözün əsl mənasında cəngavər Azərbaycan əsgərləri bəşər tarixində qeydə alınmamış döyüş nümunələri göstərərək cəmi 44 gün ərzində 30 il hazırlıq görmüş, bir neçə ermənipərəst dövlətlərin yardım etdiyi, arxa durduğu erməni ordusunu tamamilə məhv edərək möhtəşəm qələbəyə imza atmaqla Vətən torpaqlarımızı işğaldan azad etdi. Bu tarixi qələbə bütün dünyanı şoka saldı.
Hazırda ermənilərin