Respublika Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar bölgələrdə "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" mövzusunda konfranslar keçirilib. Qonaqlar əvvəlcə ulu öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Ağsu
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxışında bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi xalqımızın tarixində dönüş nöqtəsi oldu, Azərbaycana müstəqillik, suverenlik, dövlətçilik, milli-mənəvi dəyərlərə qayıdışı bəxş etdi. Ordu quruculuğuna, iqtisadi inkişafa şərait yaratdı, təhsilin, mədəniyyətin yüksəlişi təmin edildi. Məhz bu prinsiplərin fövqündə milli ideologiyamızın əsası olan azərbaycançılıq formalaşdı. Ulu öndərin formalaşdırdığı milli dövlətçilik ideologiyasında Azərbaycançılıq məfkurəsi ön plana çəkilmişdir.
Digər çıxış edənlər bildiriblər ki, ulu öndərin qurduğu və azərbaycançılıq ideologiyasına əsaslanan milli dövlətimiz cəmiyyətin hər bir üzvünü vahid ideya ətrafında birləşdirən, mənafelərini qoruyan, müdafiə edən qürur mənbəyimizdir.
Milli ideologiyamızın əsasını təşkil edən azərbaycançılıq bu gün də ulu öndərin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.
Şamaxı
Konfransda çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov azərbaycançılıq məfkurəsinin yaranması və müstəqil Azərbaycan dövlətinin əsas ideologiyasına çevrilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. Natiq həmçinin Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq məfkurəsinin fəlsəfi və siyasi mənasından bəhs edərək hazırda bu ideologiyanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə etdiyindən geniş söhbət açdı.
Milli Məclisin deputatı Tamam Cəfərova ümummilli lider Heydər Əliyevin respublikamızda elm və təhsilin inkişafı istiqamətində gördüyü işlərdən, milli kadr potensialının hazırlanmasındakı xidmətlərindən danışdı.
Konfransda digər çıxış edənlər müasir azərbaycançılıq ideologiyasının - dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisi olmasından, azərbaycançılıq ideologiyasının məhz ulu öndərin dövründə həqiqi siyasi-ideoloji məzmun alaraq mükəmməl bir təlimə çevrildiyindən və müstəqil dövlət ideologiyası səviyyəsinə qaldırılmasından geniş danışdılar.
İsmayıllı
Rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov bildirib ki, ölkədə azərbaycançılıq ənənəsinin formalaşmasının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Natiqlər ötən illər ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qaldığını və onu inkişaf etdirdiyini qeyd ediblər.
Sonda rayon təşkilatında səmərəli fəaliyyətinə görə, fərqlənən bir qrup partiya fəallara ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə YAP rayon təşkilatının fəxri fərmanları və partiyaya yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
Zaqatala
Ümummilli lider Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının banisidir. Azərbaycançılıq ideologiyası məhz ulu öndərin dövründə həqiqi siyasi-ideoloji məzmun alaraq mükəmməl bir təlimə çevrildi və müstəqil dövlət ideologiyası səviyyəsinə qaldırıldı.
Rayon rəhbərliyinin, şəhid ailələrinin üzvlərinin, ziyalıların, ağsaqqal və gənclərin iştirak etdikləri konfransda "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" mövzusunda məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ulu öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən ətraflı bəhs edib. Bildirilib ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə müstəqil dövlətimizi qurmaq və onun gələcək inkişafının sağlam təməlini qoymaqla yanaşı, eyni zamanda ölkə vətəndaşlarını səfərbər edən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd ətrafında birləşdirən milli təlim - azərbaycançılıq ideologiyasını yaradıb.
Natiqlər ümummilli liderin Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən bəhs edib, onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, heç vaxt yaddaşlardan silinməyəcəyini vurğulayıblar.
Qax
Rayonun rəhbər işçilərinin