Həftənin ilk “Açıq mikrofon” aksiyası Qəbələ rayonunda keçirildi
Region

Həftənin ilk “Açıq mikrofon” aksiyası Qəbələ rayonunda keçirildi

23 may qurumun mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Qəbələ rayonunun sakinləri üçün təşkil olunub. Həftənin ilk aksiyasında ümumilikdə 5 müraciət ünvanlanıb. Mikrofon önünə keçən abonentlər debitor borcun hissə-hissə ödənilməsinə icazənin verilməsi, qapı keçidinin quraşdırılması, fərdi yaşayış evinin sayğacla təmin edilməsi və qaz sayğacının yenisi ilə əvəzlənməsini xahiş ediblər.  Zaqatala RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.