Haqqıdır, haqqa tapan, millətimin istiqlal!..
Məktublar

Haqqıdır, haqqa tapan, millətimin istiqlal!..

Türkiyə Prezidentinin andiçmə mərasimi fonunda düşündüklərim

Qorxma, sönməz bu şəfəqlərdə üzən al bayraq,

Sönmədən yurdumun üstündə yanan ən son ocaq.

O mənim millətimin ulduzudur, parlayacaq,

O mənimdir, o mənim millətimindir ancaq.

Çatma, qurban olum, çöhrəni ey nazlı hilal!

Qəhrəman xalqıma bir gül! bu şiddət, bu cəlal?

Sənə olmaz tökülən qanlarımız sonra halal...

Haqqıdır, haqqa tapan, millətimin istiqlal!

O gün möhtəşəm İstiqlal Marşının bu qürurgətirici misraları, könül oxşayan, ahənrüba musiqisinin dalğaları ətrafa yayıldıqca milyonlarla televiziya tamaşaçısı kimi, mənim qəlbimi dağa döndərirdi. Al rəngli, hilallı türk bayrağı dalğalandıqca qulaqlara pıçıldadığı qəhrəmanlıq, şücaət, igidlik nəğməsi Türkiyənin baş kəndi Ankaradan səmum yeli ilə uçub Qara dənizin dalğalarına qarışır, sahil-sahil aşıb ünvanına çatırdı. O gün türkün tarixi əzəmətinin növbəti nümayişi idi. Bir əsrdən bəri səslənən bu himn, dalğalanan bu al bayraq ölməz Atatürkün yadigarıdır bizlərə. Qurduğu, miras qoyub getdiyi dövlətlə birgə. Hələ Türk Cümhuriyyəti qurulmazdan əvvəl dövlət himni üçün yazılmış müsabiqəyə təqdim edilmiş 724 şeir içərisindən seçilmiş Məhməd Akif Ərsoyun "Bizim qəhrəman ordumuz" adlı şeiri 1921-ci il martın 12- parlamentdə oxunmuş himn üçün qəbul olunmuşdu. Az sonra Osmanlı sarayında ilk türk skripkaçı kimi yetişdirilən Osman Zəki Üngör ona musiqi bəstələmişdi. O gün Atatürk varislərinin hesabat günü idi. Onun yüz il əvvəl qurduğu dövlətin ikinci yüz ildə məsuliyyətini öz üzərinə götürən Türkiyənin 13- Prezidentinin and içdiyi gün idi: 3 iyun 2023- il.

"Cümhurbaşqanı sifətilə dövlətin varlığı müstəqilliyini, Vətənin millətin bölünməz bütünlüyünü, millətin qeyd şərtsiz müstəqilliyini qoruyacağıma, Konstitusiya qanunlarının üstünlüyünə, demokratiyaya, Atatürk prinsip inqilablarına layiqli cümhuriyyət prinsipinə bağlı qalacağıma, millətin hüzur rifah, milli həmrəylik ədalət anlayışı içində hər kəsin insan haqlarından təməl azadlıqlarından yararlanması ideallarından ayrılmayacağıma, Türkiyə Cümhuriyyətinin şan şərəfini qorumaq, yüksəltmək üzərimə götürdüyüm vəzifəni qərəzsiz yerinə yetirmək üçün bütün gücümlə çalışacağıma böyük türk milləti tarix qarşısında namus şərəfimlə and içirəm". Rəcəb Tayyib Ərdoğan deyirdi bunları. Sanki bir şeir söyləyirmiş kimi söyləyirdi bu kəlmələri, öz təbinə uyğun, şeir, söz, sənət vurğunu Ərdoğan. Biz artıq onun bu xüsusiyyətinə çoxdan bələdik, çünki özünə qardaş, dost bildiyi bu məmləkətin tədbirlərinin çoxunda söylədiyi şeirlərin hətta bəzilərində qıcıq, hiddət yaratdığını da yaxşı xatırlayırıq. Ərdoğan hələ 1998-ci ildə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri olduğu vaxtlarda "32. Gün" proqramına verdiyi müsahibədə hər şeirin bir mesaj olduğunu söyləmişdi: "Əslində hər şeir bir mesajdır. Mesajı olmayan bir şeir yoxdur. Amma o mesajı oxumaqla da daha təsirli hala gətirirsiniz. Olay budur. şeirlər sadəcə, bir qarnütür olsun deyə yazılmamışdır. Hər şeirin özüylə, ruhuyla həm bir cəlbediciliyi, cazibəsi vardır. O cazibə toplumu istədiyiniz nöqtəyə qədər çəkməyə yetər".

Ərdoğan çox zaman məhz mesajlarını şeirlə çatdırmağa üstünlük verir. İstər daxili, istərsə kənar qüvvələrə. O qüvvələrə ki, türk dövlətinin varlığına xələl gətirmək istəyir, ara qarışdırır, milləti üz-üzə qoymağa çalışır, Türkiyəni dünyanın gözündən salmaq üçün əlindən gələni edir. Siyasət meydanına qatıldığı gündən məzlumun haqqına girənlərə, qan tökənlərə qarşı savaşan türk liderinin dünyada artan nüfuzundan narahat olub onu "diktator" kimi qələmə verməyə çalışanlara da mesajını astaca-ustaca şəkildə ünvanlayır, ədalətin olduğunu anladır, demokratiya dərsi verir