Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvilinin başçılıq etdiyi nümayəndə heyəti iyulun 11-12-də keçiriləcək NATO-nun Vilnüs sammitində iştirak edəcək.
“Respublika” xəbər verir ki, bu barədə Gürcüstan XİN-dən bildirilib.
Qeyd olunub ki, İliya Darçiaşvili NATO-nun xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasında iştirak edəcək. Qurumdan əldə olunan məlumata əsasən, görüş çərçivəsində regional və qlobal təhlükəsizlik məsələləri də müzakirə olunacaq.
Sammitdə alyansın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qeyd-şərtsiz dəstəyinin təsdiq ediləcəyi diqqətə çatdırılıb.