Güclü Azərbaycanın qurucusu
Siyasət

Güclü Azərbaycanın qurucusu

2023- il Azərbaycan dövləti xalqı üçün əlamətdar hadisələrlə zəngindir. Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olmasının 100- ildönümünü böyük təntənə ilə qeyd edirik. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023- il ölkəmizdə "Heydər Əliyev İli" elan olunub. Ulu Öndərimizin 100 illik yubileyi ölkəmizdə yüksək səviyyədə qeyd edilir. Çünki Ümummilli Lider Heydər Əliyev xalqımızın dövlətçiliyimizin tarixində əvəzolunmaz şəxsiyyətdir. Həm sovetlər dönəmində, həm müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyəti yalnız Azərbaycan xalqının tərəqqisinə xidmət edib. Məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə olunub.

Ümummilli Liderin 1969-cu il iyulun 14- Azərbaycanda ilk dəfə siyasi rəhbərliyə gəlməsi ilə respublikamızda bütün sahələrdə olduğu kimi, tibb sahəsində mühüm yeniliklər əldə edildi.

Ulu Öndər Heydər Əliyevin müstəqillik illərində Azərbaycana rəhbərliyi müasir tariximizə qızıl hərflərlə yazılıb. Məlumdur ki, 1990- illərin siyasi mənzərəsi həqiqətən acınacaqlı idi. 1991-ci ilin oktyabr ayında dövlət müstəqilliyi bərpa olunsa da, bu müstəqillik kağız üzərində idi. 1992-1993- illərdə hakimiyyətdə olan qüvvələr ölkəmizi uçuruma aparırdı. Belə bir şəraitdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Naxçıvandan Bakıya qayıtdı. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993- il iyunun 15- Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu.

Ümummilli Lider bu qayıdışı ilə ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi kimi tarixi missiyanı həyata keçirməyə başladı. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifəsinə çevrildi. Bir sözlə, böyük dövlət xadimi Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən, qarşıdurmadan, tənəzzül məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı Azərbaycanı parçalamaq, forposta çevirmək korporativ maraqlar əsasında idarə etmək istəyənlər öz niyyətlərinə çata bilmədilər. Asayiş qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Ən əsası, nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verilməsi, ilk parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, idarəetmə sisteminin formalaşdırılması, "Əsrin müqaviləsi"nin imzalanması, Azərbaycanın iqtisadi dirçəlişinin əsasının qoyulması, respublikamızın beynəlxalq əlaqələrinin formalaşdırılması, ölkənin dünya birliyinə inteqrasiyası prosesinə başlanması dövlətimizin tərəqqi yolunda inamla irəliləməsini təmin etdi, Azərbaycanın qarşısında aydın perspektivlər açıldı.

Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişaf yolunda indiki gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur, eyni zamanda iftixar mənbəyidir. Bu irsi öyrənmək təbliğ etmək hər birimizin şərəfli borcudur. Heydər Əliyev son dərəcə təcrübəli dövlət başçısı böyük siyasi xadim kimi hər zaman çətin mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirib, Azərbaycanın milli maraqlarını daim qətiyyətlə qoruyub. Bu baxımdan Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət kursu böyük əhəmiyyət kəsb edir. Qeyd etdiyimiz kimi, müstəqilliyimizin ilk illərində milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun formalaşdırılması həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə Qarabağda başlayan erməni separatizmi