Gözlərə nur verən həkim
Sosial həyat

Gözlərə nur verən həkim

Səhiyyənin inkişafı dövlətimizin siyasətinin əsas istiqamətlərindəndir. Yeni tibb ocaqlarının yaradılması, onların müasir avadanlıqlarla təchiz edilməsi, yerli tibb kadrlarının yetişdirilməsi, bilik təcrübələrinin artırılması s. əsas məqsədlərdən biridir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 1993- ildə hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, səhiyyə sistemində zəruri islahatlar həyata keçirilmiş, nöqsanların aradan qaldırılması istiqamətində ciddi tədbirlər görülmüş gələcək layihələrin konturları müəyyənləşdirilmişdir. Son illərdə ümummilli lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz inkişaf, tərəqqi yolunda inamla addımlayır. Bütün bölgələrimizdə yüzlərlə tibb ocağı tikilərək əhalinin istifadəsinə verilib, tibb müəssisələrində fəaliyyət göstərən kollektivin əsasən yerli kadrlardan ibarət olması, beynəlxalq tibbi standartlara cavab verən yüksəkkeyfiyyətli avadanlıqlarla təchizatı təmin edilib, əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyəti daha da yaxşılaşdırılıb. Tibb sahəsində ən qabaqcıl müasir müalicə üsullarının tətbiqi əvvəllər müalicəsi respublikamızda mümkün olmayan xəstəliklərin qarşısını almağa geniş şərait yaradıb.

Prezident İlham Əliyev tərəfindən dərman-əczaçılıq preparatlarının keyfiyyətinə qiymətləndirilməsinə nəzarətin gücləndirilməsi, əhalinin rifahının yüksəldilməsi keyfiyyətli tibb xidmətləri ilə təchiz olunması məqsədilə təsdiqlənən "Əhalinin sağlamlığının qorunması haqqında" Qanun, "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında", "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Dərman vasitələri haqqında" s. kimi müxtəlif Fərman sərəncamlar, həmçinin əczaçılıq zavodlarının tikintisinə start verilməsi bir daha göstərir ki, əhaliyə yüksək keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi prioritetdir.

Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda göz önündə mənəvi kamilliyin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Zərifə xanım Əliyeva deyirdi: "Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir onun üçün sağalıb evinə-eşiyinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır. Buna görə hər dəfə xəstələri qəbul edəndə, onlarla söhbət aparanda həkim həm xəstə qarşısında, həm cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında mənəvi məsuliyyət hiss edir. Vicdan əsas hakimimizdir. Ən çətin məqamda ən xoş saatımızda o bizimlə üz-üzə dayanıb soruşacaq: "Sənin xalat geyinməyə haqqın varmı? Onilliklər boyu təkcə biliklərini deyil, həm ürəyinin hərarətini öz əllərinlə insanlara çatdırmalısan".

Zərifə xanım Əliyevanı həkim etikası tibbi deontologiya məsələləri həmişə düşündürmüş, gənc həkimlərin peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə həllinə xeyli zəhmət sərf etmişdir. Onun birbaşa rəhbərliyi ilə gənc alim həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsi öyrətmiş, onlara diqqət qayğı ilə yanaşmış, heç zaman işdən usanmamış, ilhamla çalışmışdır. Həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi qayğıkeşliyi, insanlara onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi bu böyük şəxsiyyətə həmkarlarının, yetirmələrinin xəstələrinin dərin hörmətini qazandırmışdır.

Ulu öndər Heydər Əliyevin təbirincə desək, "Özünü həkimlik, təbiblik peşəsinə həsr edən insanlar xoşbəxtdirlər. Çünki cəmiyyətin onlara həmişə ehtiyacı var". Amma bu məqamda gözlərə işıq verən həkimlərin zəhməti daha aydın görünür. Akademik Zərifə xanım Əliyeva Azərbaycanda müasir oftalmologiya elminin yaradıcılarından banilərindən biridir. İllərlə fəaliyyət göstərdiyi sahə üzrə minlərlə xəstənin sağalması, göz xəstəliklərindən xilas olması üçün çalışmışdır. 1947-ci ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra əmək fəaliyyətinə başlayan zaman Azərbaycanda traxoma infeksion xəstəliyi tüğyan edirdi. Təəssüf ki, o zamanlarda bu xəstəliyin etimologiyası yaranma səbəbləri kifayət qədər öyrənilmədiyinə müalicə üsulu olmadığına görə yüzlərlə xəstə dünya işığından məhrum olurdu. Bu səbəbdən Zərifə