Elm və təhsil

"Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva: həkimlik andı və vətəndaş missiyası"

Aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş "Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva: həkimlik andı vətəndaş missiyası" mövzusunda yubiley tədbiri keçirilib.

Tədbir iştirakçıları Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarları önünə tər çiçəklər düzüblər.

AMEA-nın Əsas binasında keçirilən tədbirdən öncə akademik Zərifə Əliyevanın həyat fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.

Sonra tədbirdə giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının "Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamında AMEA-ya Səhiyyə Nazirliyinə bir sıra tapşırıqlar verilib bundan irəli gələrək hər iki qurumun iştirakı ilə böyük tədbirlər keçirilir. Azərbaycan oftalmologiya elminin inkişafında böyük xidmətləri olmuş Zərifə Əliyevaya həsr edilmiş tədbirlərin yeni nəsil həkimlərin elmi kadrların hazırlanması işinə öz töhfəsini verdiyini deyən İsa Həbibbəyli bugünkü yığıncaqda böyük alimin davamçılarının da iştirak etdiyini diqqətə çatdırıb.

"Zərifə xanım Əliyeva görkəmli elm dövlət xadimi Əziz Əliyev kimi yüksək mövqe tutmuş bir ailədə boya-başa çatmışdı. Eyni zamanda, böyük ənənələri olan Azərbaycan Tibb Universitetində müəllimlərindən aldığı dərs, eləcə özünün istedadı ilə sözün əsl mənasında nüfuzlu həkim kimi formalaşmışdır. O, qısa sürətlə bu istiqamətdə öz fəaliyyətini uğurla davam etdirmiş, respublikamızda onun hüdudlarından kənarda şöhrət qazanan görkəmli elm xadimi kimi tanınmışdır. Zərifə xanım Əliyevanın həkimlik peşəsinə başladığı ötən əsrin 70-ci illərində Azərbaycanda göz xəstəlikləri üzrə müalicə digər sahələrlə müqayisədə bir qədər geri qalırdı. Məhz Zərifə xanım Əliyeva onun ətrafında birləşən həkimlərin, mütəxəssislərin birgə səyləri ilə addım-addım bu gerilik aradan qaldırılmışdır. Zərifə xanımın rəhbərlik etdiyi həkim briqadası Bakıda regionlarda dəfələrlə ardıcıl olaraq müalicə diaqnostika işləri görüblər. Zərifə xanım Əliyevanın traxoma xəstəliklərinə həsr olunduğu dissertasiyası Azərbaycanın müxtəlif bölgələrində göz xəstəliklərinə aid apardığı müşahidələr, eksperimentlər, topladığı materiallar əsasında hazırlanmışdır", - deyə akademik İsa Həbibbəyli bildirib.

AMEA rəhbəri diqqətə çatdırıb ki, Zərifə Əliyeva, eyni zamanda, keçmiş SSRİ miqyasında ilk dəfə Azərbaycanda göz xəstəliklərinə həssas olan kimya sənayesi sahəsində, sənaye müəssisələrində, eləcə istehsalat prosesində peşə xəstəlikləri ilə bağlı tədqiqatların əsasını qoyub. Bir çox ölkələrdən oftalmoloqların Bakıda Zərifə xanımın təşkil etdiyi beynəlxalq səviyyəli seminarlarda iştirak etmələri ölkəmizin əsas oftalmologiya mərkəzlərindən birinə çevrildiyini sübut edirdi. Zərifə xanımın yazdığı kitablar, elmi əsərlər, göz xəstəliklərinin müalicəsində xüsusi yer tutur o, bu istiqamətdə qiymətli əsərlərin müəllifidir. Zərifə Əliyevanın 1979-cu ildə Azərbaycan SSR EA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda SSRİ- ilk dəfə olaraq Görmə orqanının fiziologiyası peşə patologiyası laboratoriyasını yaratdığını bildirən İ.Həbibbəyli qeyd edib ki, alim daha çox təcrübi xarakter daşıyan göz xəstəlikləri elminə öz fundamental dəstəyini verib, AMEA-nın həqiqi üzvü seçilib: "Zərifə xanım Əliyevanın fəaliyyətindən danışarkən onun Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin həyatına tam mənası ilə dəstək verməsi, onun fəaliyyətində böyük silahdaş olması nümunəsini göstərib. Zərifə xanım Əliyeva həm böyük bir ictimai xadim idi. Onun maarifçilik elmin populyarlaşması istiqamətində rolu danılmazdır. Alimin xidmətləri ölkəmizdə daim yüksək qiymətləndirilib, adı əbədiləşdirilib. Xalq rəssamı Ömər Eldarovun Fəxri xiyabanda hər birimizin böyük ehtiramla ziyarət etdiyi Zərifə xanımın abidəsi bütün Azərbaycan xalqının sevgisini ifadə