Artıq xeyli müddətdir ki, erməni faşistlərin vəkili qismində çıxış edən Fransa Azərbaycana qarşı siyasət yürüdür. 30 ilə yaxın dövrdə erməni millətçiliyinə göz yuman, separatistləri və cəlladları qəhrəmanlaşdıran, sərhəd tanımayan yalanlar və böhtanları həqiqət kimi qələmə verməyə çalışan Fransa dünya ictimaiyyətini çaşdırmaq istiqamətində növbəti addımını atıb. Bakı səfərinə gələn bu ölkənin xarici işlər naziri Ketrin Kolonna Azərbaycandan sonra Ermənistana gedərək orada sərsəm fikirlər səsləndirib. Xanım nazirin "Biz Azərbaycan tərəfindən atılan birtərəfli addımlara yol verə bilmərik" ifadəsi onun sanki gerçək reallıqdan xəbərsiz olduğunu nümayiş etdirir. Ancaq bu da son deyil, Ermənistanı silahlandırmaqda kömək edəcəyi vədi verən Fransa rəsmisi eyni zamanda sülhdən da danışmaqdan çəkinməyib. Bir tərəfdən, 30 il ərzində Azərbaycanın həm tarixi, həm də beynəlxalq hüquqla tanınan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanması barədə bir kəlmə deməyən Kolonna işğalçı ilə işğala məruz qalmış tərəfi ayırd edə bilmədiyini bir daha nümayiş etdirib.
Belə çıxır ki, Fransanın daşnak təfəkkürlü rəsmiləri böhtanları ilə ölkəsinin himayə etdiyi Ermənistanın rəsmilərinin səsləndirdiyi yalanlarını da kölgədə qoyub. Heç bir funksionallığı olmayan, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan tərəfindən tarixin arxivinə göndərilən ATƏT-in Minsk qrupunda həmsədri kimi təmsil olunduğu Fransa işğalçı Ermənistanın hərbi, ekoloji, mənəvi cinayətlərini, erməni faşizminin törətdiyi terrorları sanki görmürmüş kimi davranır, Azərbaycanın sürətli inkişafını, davamlı uğurlarını həzm edə bilməyən baş fransız diplomatı sayıqlamaları ilə bir tərəfdən təəssüf, digər tərəfdən isə haqlı qəzəb yaradır.
Şübhəsiz, Fransanın tarixində şəxsən Makronun özü və onun komandası qədər ermənipərəst bir yığnaq olmayıb.
Fransa kimi özünü sivil, mədəni, Qərbin aparıcı dövlətlərindən biri hesab edən bir respublikanın xarici işlər nazirinin Azərbaycanla bağlı son sayıqlamaları ağlı başında olan insanın dediklərinə bənzəmir. Kolonna bilmir ki, Azərbaycanın attığı addımlar öz suveren ərazisində həyata keçirilir və heç bir ölkənin, xüsusən də Fransanın burada nəinki müdaxiləsi, şərhi belə yersiz və beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Dövlətimizin təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan addımlara öz anormal şərhi ilə bərabər xanım nazir "Fransa Azərbaycan və Ermənistan arasında danışıqlara hərtərəfli dəstəyini ifadə edir" sözləri qətiyyən anlaşılan deyil. Digər tərəfdən, həmin bu fikir Ermənistanı silahlandırmaq vədi ilə də heç uzlaşmır.
Kolonna bir qədər də uzağa gedərək deyir: "Azərbaycan qüvvələrinin irəliləməsi yolverilməzdir, çünki bu, digər ölkənin ərazi bütövlüyünə qarşı hörmətsizlikdir". Əvvəla, hansı digər ölkənin? Ermənistanın? Azərbaycan Ermənistanın ərazi bütövlüyünə qarşı heç bir addım atmayıb. Burada sual olunur, xanım nazirin məktəbdə oxuduğu zamanlarda coğrafiya fənnindən ümumiyyətlə anlayışı olubmu? Olubsa, xəritəni götürüb hansı ölkənin sərhədlərinin haradan keçdiyini görə bilmir? Laçın yolu hansı ölkənin ərazisidir? İkincisi, erməni faşistləri Azərbaycana qarşı işğalçılıq müharibəsi aparanda, 30 il ərzində ərazilərimizi işğal altında saxlayanda, bir sözlə - 27 sentyabr 2020-ci ilə, yəni Azərbaycanın "Dəmir yumruq" adlı əks-hücum əməliyyatına başlayana qədər Kolonna harda idi, Ermənistan kimi qondarma, faşist ideologiyasının tüğyan etdiyi bir dövlətin "addımlarını" niyə pisləmirdi?
Çünki ölkəmizlə bağlı böhtanlar yağdırmaqla kifayətlənməyən, Xocalı soyqırımından, Başlıbel, Ballıqaya, Qaradağlı və digər insan qanını donduran faciələrdən "xəbərsiz olan" Makron və nazir Kolonna kimi onun komanda üzvləri işğaldan azad olunmuş Qarabağımızın müxtəlif ərazilərində aşkarlanan və erməni vəhşiliyinin izləri olan azərbaycanlı hərbçilərin, mülki şəxslərin güman edildiyi kütləvi məzarlıqlardan da xəcalət çəkmirlər. Əksinə, ölkəsinin təqviminə qondarma "erməni soyqırımı" ilə bağlı anım gününün əlavə edilməsi üçün dəridən-qabıqdan çıxırlar. Elə buna görədir ki, Vətən müharibəsindən sonra erməniləri silahlandıran, revanşist çağırışları ilə onları