Fransanın müstəmləkə imperiyası ingilislərdən sonra ikinci böyük imperiya olub. Neokolonist ölkə Azərbaycana və bir sıra ölkələrə qarşı gizli və ya aşkar şəkildə çirkin əməllərini həyata keçirməyə davam edir. Hazırda özünü Ermənistanın "bacısı" kimi göstərməsinə baxmayaraq, əsl niyyəti regionda hakimiyyəti ələ almaqdır. Fransa neomüstəmləkəçilik siyasətinə əsasən Ermənistanı əslində "bacısı" kimi yox, Cənubi Qafqaz regionuna liderlik etmək üçün vasitəçi kimi görür. Buna bir başqa səbəb də son illərdə Azərbaycanın Qoşulmama Hərəkatı ilə yanaşı, bir sıra mühüm təbdirlərə, konfranslara uğurla rəhbərlik etməsidir. Politoloq Nəzakət Məmmədova bildirir ki, Prezident İlham Əliyev dünyadakı minillik geosiyasi reallıqları dəyişməyi bacaran lider, Miatsum və qondarma soyqırımı miflərinə inanan erməniləri dəmir yumruqla silkələyən tarixi şəxsiyyətdir.
Azərbaycan Prezidentinin "Qarabağda yaşayan ermənilərə heç bir status verilməyəcək" bəyanatı adi məsələ deyil. Bu, Qarabağda kök salmış və orada məlikliklər yaratmış ermənilərin yüzilliklər boyu cızdığı planın üstündən əbədi xətt çəkmək deməkdir. Bir çox Azərbaycan xanlarının və şahlarının nəinki bacara bilmədiyi, əksinə, biganəlikdən, irəlini görə bilməməsi, vizionunun geniş olmaması ucbatından bizə miras qoyduğu bu problemi İlham Əliyev birdəfəlik tarixin arxivinə yolladı. O, dünya erməniliyi deyilən Qriqoriyan kilsəsinin, milyardlarla büdcəsi, güc mərkəzlərində geniş əlaqələri olan diasporun, terror təşkilatlarından ibarət beynəlxalq mütəşəkkil cinayətkar şəbəkənin böyük planlarını iflasa uğratdı.
Təsadüfi deyil ki, Yezuitlər ordeninin üzvü olan Roma Papası Fransisk 24 apreldə çıxışlarının birində 1915-ci il hadisələrini təhrif edərək, onu "XX əsrin ilk soyqırımı" adlandırıb. Bəli, katolik dünyası bu gün Ermənistana himayəçilik edir. Fransa "dənizdən-dənizə böyük Ermənistan" yaradılmasına çalışır. Belə ki, Gürcüstanın Cavaxetiya bölgəsinin Ermənistana qatılması ilə onun Qara dənizə çıxışının təmin olunması planını məhz Fransadakı erməni diasporu ortaya atıb. Gürcüstan prezidentinin Fransa vətəndaşı olması, Gürcüstanın hava hücumundan müdafiə sistemlərinin Fransa istehsalı avadanlıqlarıyla təchiz olunması təsadüfi deyildir. Habelə Qarabağ məsələsinin Qorbaçovun müşaviri olmuş Aqanbekyanın 1988-ci ildə Fransaya səfərindən sonra ortaya atılması da bu planlarda Fransadakı erməni diasporu və onların havadarı olan güc mərkəzlərinin bu məsələyə razılıq verdiyini sübut edir. Erməni diasporunun hakimiyyətə gətirmək istədiyi şəxslər, o cümlədən N.Paşinyan haqda Fransa mətbuatında, o cümlədən "Liberasyon" qəzetində dəstək məqalələrinin çıxması da onu göstərir ki, Fransa həmin şəxsin hakimiyyətə gəlməsində maraqlı olub. Birinci dünya müharibəsinin yubiley tədbirinə qələbədə heç bir rolu olmayan, həmin vaxt ümumiyyətlə beynəlxalq münasibətlərin subyekti sayılmayan Ermənistanın dəvət olunması Fransanın Ermənistanı süni yolla beynəlxalq siyasətdə nüfuzlu ölkə kimi göstərmək cəhdinin nümunəsi idi. Prezident İlham Əliyev keçmiş Minsk qrupunu haqlı olaraq tarixin arxivinə göndərməsəydi, ABŞ və Fransa müharibə dövründəki ritorikalarını davam etdirərək, bölgədəki geosiyasi maraqlarını sülh danışıqları altında pərdələməklə ermənilərə status verilməsi kimi absurd tələblə böyük Qələbəmizə kölgə salmaq niyyətlərini davam etdirəcəkdi. 44 günlük savaş dövründə öz məkrli ermənipərəst mövqeyini ortaya qoyan Fransa regiona yönəlik eyni taktika və strategiyanı bu gün də davam etdirir. Avropa İttifaqının sülh missiyası adı altında Ermənistan tərəfdən bölgəyə göndərilən qrup heç bir statusa malik olmadan sülhün deyil, Qərbin, xüsusilə də Fransanın bölgədəki məkrli ermənipərəst mövqeyinin növbəti təzahürüdür. Fransanın dünyada anqlo-sakson - ABŞ və İngiltərəyə qarşı strategiyası bizim bölgədə də özünü büruzə verir.
1961-ci ildə NATO əsgərlərinin öz torpağından çıxması üçün 48 saat vaxt qoyan Fransa 1979-cu ildə İranda anqlo-sakson hegemonloğunu yıxaraq Xomeynini hakimiyyətə gətirməklə rejim dəyişikliyi etdi. Öz nəzarətinə aldığı bu nəhəng geosiyasi ərazinin şimal hüdudları Cənubi Qafqaz da önəmli rola malikdir və İran - Ermənistan əməkdaşlığını şərtləndirən amillərdən biri məhz budur. Ermənistan ərazilərini Qara