“Foreign Policy” nəşri: ATƏT-in Minsk qrupunun fəaliyyəti mənasızdır
Siyasət

“Foreign Policy” nəşri: ATƏT-in Minsk qrupunun fəaliyyəti mənasızdır

ABŞ-ın dünyada geniş oxucu auditoriyasına malik nüfuzluForeign Policynəşrində Kanada Qlobal Məsələlər İnstitutunun tədqiqatçı-alimi Robert KatlerinMinsk qrupunun fəaliyyəti mənasızdırsərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağda sülhməramlı səylərinin nəticəsiz səmərəsiz olduğu vurğulanır. Müəllif yazır: “Belə bir aforizm var ki, generallar zəfərlə başa çatacaq müharibəyə hazırlaşır, diplomatlar isə çox vaxt möhkəm sülh ya ən azından dayanıqlı sülh üçün təşəbbüslə çıxış edirlər. Adətən, onlar bəzi səbəblərdən, o cümlədən şəraitin dəyişməsi ucbatından uğursuzluğa düçar olurlar. ATƏT-in 1990- illərdə təsis etdiyi Minsk qrupu da bu aqibətlə üzləşib”.

Təxminən 30 il ərzində Minsk qrupunun səmərəsiz fəaliyyət göstərdiyini qeyd edən müəllif vurğulayır ki, Azərbaycan Silahlı Qüvvələrinin son Qələbəsi Ermənistanın işğalına son qoyulması bütün məsələlərə nöqtə qoyub. O yazır: “İndi bu, artıq iflas sonun çatması deməkdir. Onun (Minsk qrupunun-AZƏRTAC) fəaliyyəti dəfn edilib, indi real sülh barışıq zamanıdır, geriyə baxmaq yox, gələcəyə istiqamətlənmək vaxtıdır”.     

Məqalədə xatırladılır ki, 1992-ci ilin martında Avropada Təhlükəsizlik Əməkdaşlıq Konfransı (o zaman hələ ATƏT adlanmırdı) tərəfindən təşəbbüsü irəli sürülən Minsk qrupu 1995-ci ilin martında Rusiya ABŞ-ın həmsədrliyi ilə təsis edildi, Fransa isə 1997-ci ildə bu qrupa qoşuldu beləliklə, triumvirat yarandı.

Adətən bir fakt unudulur ki, Minsk qrupunun həmsədrlərlə yanaşı, əlavə səkkiz üzvü var. Çox vaxt bunun səbəbi qeyd olunmur həmin əlavə üzvlərlə məsləhətləşmə aparılmır, onların rəyi soruşulmur. Azərbaycan Ermənistanla yanaşı, qrupun digər üzvləri Belarus, Finlandiya, Almaniya, İtaliya, İsveç Türkiyədir. 1990- illərin sonlarında  Minsk qrupu üç plan təqdim etdi müharibə tərəfləri tərəfindən rədd edildi. 1997-ci ildə irəli sürülmüş birinci plan hərtərəfli təklif (“Paket həll”) adlanırdı silahlı münaqişəyə son qoyulmasını, eləcə regionun statusunun müəyyən edilməsini ehtiva edirdi. Bu, Azərbaycan Ermənistan tərəfindən rədd edildikdən sonra Minsk qrupu 1997-ci ilin sentyabrındamərhələli həlladlanan taktiki-logistik seqmentlərin vasitəsilə hərbi münaqişəyə son qoyulmasını nəzərdə tutan yeni razılaşma təqdim etdi. Bu plan o vaxt Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan tərəfindən qəbul olunmadı. Nəhayət, 1998-ci ilin noyabrında Minsk qrupu başqa hərtərəfli plan (“ümumi dövlət”) təklifini irəli sürdü. Bu təklif Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazi bütövlüyü çərçivəsindəDağlıq Qarabağ dövlət-ərazi vahidinin yaradılmasını, budövlətinsuverenliyinin, öz pasportunun, pul vahidinin, milli qvardiya polis qüvvələrinin olmasını nəzərdə tuturdu. Azərbaycan qüvvələri bu əraziyə daxil ola bilməzdi, amma Dağlıq Qarabağ Azərbaycanda seçkilərdə parlamentdə iştirak etmək hüququ əldə etməli idi. Tarixdəümumi dövlətsiyasi forması çox vaxt uzunmüddətli olmur. Məsələn, nümunə kimi göstərilən Transqafqaz Demokratik Federativ Respublikası 1918-ci ildə mövcudluğunu bir aydan çox sürdürə bilmədi. Azərbaycan tərəfi Minsk qrupununümumi dövləttəklifini səmərəsiz qiymətləndirərək rədd etdi”, - deyə müəllif yazır.

Robert Katler qeyd edir ki, 2007-ci ilin noyabrında Ermənistan Azərbaycan xarici işlər nazirlərinin