"Caspian Oil & Gas" sərgisi artıq 28 ildir ki, neft, qaz və enerji sektorunda əhəmiyyətli əməkdaşlıqlar üçün platformaya çevrilib. Hər il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı isə sərginin yüksək statusunu bir daha təsdiqləyir. Ənənəvi olaraq Bakı Enerji Həftəsində yüksəkrütbəli qonaqlar iştirak edir.
31 may - 3 iyun 2023-cü il tarixlərində Bakı şəhəri Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan Bakı Enerji Həftəsinə ev sahibliyi edir. Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil & Gas", 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 28-ci Bakı Enerji Forumu keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil & Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılışında iştirak edib.
"Ənənəvi olaraq hər il keçirilən bu tədbir qlobal enerji təhlükəsizliyinin təmini, alternativ və bərpaolunan enerji potensialı, o cümlədən "yaşıl enerji" layihələrinin təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji mənbələrinin şaxələndirilməsi istiqamətində müzakirələr üçün bir fürsətdir". Bu fikirləri Prezident İlham Əliyev bildirib.
Qeyd edək ki, açılış mərasimində ABŞ Dövlət Katibinin Enerji Ehtiyatları üzrə köməkçisi Cefri Pyatt Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin məktubunu və Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolson Böyük Britaniyanın Baş naziri Rişi Sunakın məktubunu səsləndirib. Eləcə də Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiyası üzrə direktoru xanım Kristina Lobillo Borrero çıxış edib.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan, Amerika Birləşmiş Ştatları, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveçrə, İtaliya, Kanada, Küveyt, Qazaxıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Tayland, Türkiyə, Ukrayna və Yaponiyadan 164 şirkət iştirakını təsdiq etmişdir. "Caspian Oil & Gas" və "Caspian Power" sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə Bakı Konqres Mərkəzində keçirilir.
Xatırladaq ki, 1-3 iyun 2022-ci il tarixlərində Bakı Ekspo Mərkəzində 27-ci Enerji Həftəsi keçirilib. "Neft tədarükü artmaqdadır, indi Azərbaycan həm də başqa ölkələr üçün mühüm tranzit imkanları təmin edir. Bu potensialdan da maksimum dərəcədə istifadə etmək olar". Bu fikirləri Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil & Gas" 2022 sərgisinin açılış mərasimində Prezident İlham Əliyev bildirib.
Tanınmış beynəlxalq platforma və regionda neft-qaz sənayesinin əsas tədbiri olan "Xəzər Neft və Qaz" sərgisi hər il Xəzər regionunun əsas neft-qaz layihələrini müzakirə və enerji təhlükəsizliyini təmin etmək üçün dünya dövlətlərinin rəhbərlərini bir araya gətirir. Azərbaycanın neft strategiyasında özünəməxsus yeri olan bu sərgi 1994-2003-cü illərdə, Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründən keçirilməyə başlayıb. İlk sərgi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoyan "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində keçirilib. Həmin dövrdə Ümummilli Lider bu sərgini "dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma" hesab edərək sərginin keçirilməsi təşəbbüsünü dəstəkləyib. O vaxtdan etibarən "Xəzər Neft və Qaz" sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumlarının