Azərbaycan-Çin münasibətlərinin tarixi uğurlarına yaşıl enerji sahəsində əməkdaşlıq da əlavə olunur
Azərbaycan-Çin münasibətlərinin tarixi uğurlarına, Prezident İlham Əliyevin müsahibələrində də qeyd etdiyi kimi, yaşıl enerji də əlavə edilir. Azərbaycanın yaşıl enerji ilə bağlı böyük potensialı mövcuddur. Eyni zamanda, ölkəmizin enerji siyasətində yaxın onilliklər üçün müəyyən etdiyi yeni istiqamət yaşıl enerji hədəfləridir. Çin ilə bu sahədə əməkdaşlığın qurulması həmin ölkənin texnoloji nailiyyətləri ilə bağlıdır. İki ölkənin yaşıl enerjinin istehsal edilməsi istiqamətində səyləri birləşdirməsi qarşılıqlı maraqlara əsaslanır, yeni inkişaf perspektivləri vəd edir. Sahə mütəxəssisləri bərpaolunan enerjinin həm də region üçün faydalı olacağını xüsusi qeyd edirlər.
Dünyada iqtisadiyyatın həcminə görə ikinci dövlət olan Çin Xalq Respublikası bərpaolunan enerji sahəsində qısa müddətdə ciddi nailiyyətlər əldə edib. Hazırda Çin bərpaolunan mənbələrdən əldə edilən elektrik enerjisinin istehsalı baxımından dünyanın lider ölkəsidir və bu göstəriciyə görə ən yaxın rəqibi ABŞ-ı da qabaqlayır. Ekspertlərin qənaətinə əsasən, bərpaolunan enerji sektoru qazıntı və nüvə enerjisi potensialına nisbətən daha sürətlə inkişaf edir və yaxın vaxtlarda dünya üzrə bərpaolunan enerji potensialının təxminən 43 faizini məhz Çin təmin edəcək. Ənənəvi enerji mənbələrindən "yaşıl enerji"yə keçid müasir dövrün əsas hədəflərindən biridir.
Ölkəmizdə də bu sahəyə xüsusi diqqət göstərilir. Azərbaycan alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı üçün böyük potensiala malikdir. Alternativ enerji üçün əlverişli iqlimə sahib olan ölkəmizdə günəşli günlərin bolluğu və sabit, kifayət qədər güclü külək bərpaolunan enerji mənbələrini iqtisadi cəhətdən səmərəli və etibarlı edir. 2030-cu ilədək elektrik enerjisi qoyuluşu gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin "Yaşıl Enerji Zonası"na çevrilməsi ölkəmizin enerji siyasətində əsas prioritetlərdəndir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.
Azərbaycan-Çin dövlətlərarası münasibətlərində ötən dövr ərzində mövcud əməkdaşlıq üçün möhkəm siyasi platforma qurulub: "30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik", -deyən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, indi bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu, çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var. Biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik.
Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanınması, ölkəmizdəki siyasi sabitlik, iqtisadi potensial, investisiya imkanları, əlverişli coğrafi mövqe, nəqliyyat-logistika imkanları Azərbaycanı Çin üçün cəlbedici ölkə edir. Prezident İlham Əliyev Davosa səfərində Çinin CGTN televiziya kanalına müsahibəsində qlobal arenada Çinin gördüyü işlərin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini, Azərbaycanın da regional miqyasda əməkdaşlıq imkanlarının artırılması üçün səylər göstərdiyini vurğulamışdı. Dövlət başçısı qeyd etmişdi ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Azərbaycan-Çin ikitərəfli əlaqələrinin yüksəlməsində dövlət başçıları İlham Əliyev və Si Cinpin arasındakı səmimi dostluq münasibətləri əhəmiyyətli rol oynayır. Belə ki, Çin Xalq Respublikasının sədri Si Cinpin Prezident İlham Əliyevi Çinin böyük dostu adlandırır.
Azərbaycan-Çin münasibətlərində vacib prioritetlərdən biri də "Orta Dəhliz" layihəsidir. Şərqlə-Qərbi birləşdirən bu