Bu ölkənin kilsələrində səslənən qisas çağırışları bütün dünyaya təhdiddir
Erməni məkri! Bu, çoxşaxəli, çoxmərhələli, geniş əhatəli, içərisi çirklə dolu mənəvi-əxlaqi erməni xislətinin məcmusudur. Azərbaycan türklərinin son 100 ildə doğma ata-baba yurdlarından fəndgirliklə, hiylə ilə mərhələ-mərhələ çıxarılması, köçürülməsi, zorla qovulması həmin xislətin əsas ideya məramını səciyyələndirir. 1948-1953-cü illərdə azərbaycanlı əhalinin Ermənistandan deportasiyası ilə bağlı az-çox bilgimiz var. Tarix göstərir ki, xalqımızın başına gətirilən müsibətlərin, faciələrin əsas hərəkətverici qüvvəsi erməni din xadimləri, erməni kilsəsi olub!.. Bütün dinlərin ona inanc gətirənləri sülhə, barışa, mehribanlığa çağırdığı bir halda, erməni din xadimlərinin insan qanına susamasına nə ad vermək olar? Deməli, onlar mənsub olduqları xristian dininə də hörmətsizlik edirlər... Bunu tarixi faktlar da təsdiqləyir.
...1945-ci il 9 aprel. Erməni arxiyepiskopu Qaregin Çərəkçiyan "Daşnaksütyun" terrorçu təşkilatının fəallarından biri, Sovet İttifaqı hökumətinin heyətində təmsil olunan A.Mikoyanın köməyi ilə Kremldə Stalinlə görüşdü. Arxiyepiskop sovet hökumətinin başçısına xahişlərlə dolu iri bir siyahı təqdim etdi; yeni erməni kilsələri, onların xüsusi valyuta hesablarını açmaq, xaricdəki erməni diasporu ilə əlaqələri genişləndirmək... Ən başlıcası, dünyanın müxtəlif ölkələrinə səpələnmiş ermənilərin Ermənistana köçürülməsi ilə bağlı məsələləri həll etmək. Məhz arxiyepiskop Qareginin Stalinlə görüşündən sonra xaricdəki ermənilərin Ermənistana köçürülməsinə və azərbaycanlıların isə Ermənistandan deportasiyasına hazırlıq işləri gücləndi. Qaregin isə 1945-ci il iyunun 22-də VI Qevorq adıyla bütün ermənilərin "katolikosu" seçildi. Bundan bir az da cürətlənən katolikos hökumətin başçısına müraciət edərək Türkiyənin Qars, Ərdəhan torpaqlarının Sovet Ermənistanına birləşdirilməsi tələbini irəli sürdü... Bu da din mərkəzinin əsas "fəaliyyəti, əməli işi".
VI Qareginin Moskvada Stalinlə görüşdə bütün ermənilərə "Vətənə" qayıtmaq çağırışı mikoyanların hiyləgərliyi sayəsində reallığa çevrildi. Yüz minlərlə azərbaycanlı evindən-eşiyindən zorla çıxarıldı, öldürüldü, yaralandı. Əslində, özünü "Allah adamı" elan edən VI Qaregin bu işlərin belə nəticələnəcəyini çox yaxşı bilirdi.
Ümumiyyətlə, Qarabağ münaqişəsi başlayandan ermənilərin din xadimləri dinlə siyasətin yerini həmişə səhv salıb. Vətən müharibəsindəki məğlubiyyətləri ilə barışmayan erməni katolikosu II Qaregin erməniləri yeni müharibəyə səsləyir. Erməni kilsəsi həmişə bu mövqedən çıxış edir. İstər Eçmiədzində oturan II Qaregin, istərsə də Kilikiyadan dünyaya şər saçan I Aram ermənilərə həmişə "qan tökün", "müharibə edin", "Azərbaycan torpaqlarını işğal edin" çağırışı edirlər. Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların Qarabağ ərazisindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına son qoyulması çağırışı ilə başladıqları etiraz aksiyasının davam etdiyi vaxtlarda erməni patriarx qeyd edib ki, Azərbaycan "qılıncını yelləməkdə" davam edir və Laçın dəhlizinin "blokadası" Qarabağın ermənisizləşdirilməsinə gətirib çıxara bilər. Saxta erməni soyqırımının ildönümü ilə bağlı keçirilən tədbirdə Böyük Kilikiya Evinin katolikosu I Aram deyib ki, "Dağlıq Qarabağ xalqı"nın öz müqəddəratını təyinetmə hüququna zidd olaraq Azərbaycanla sülh müqaviləsinin imzalanması qəbuledilməzdir. Katolikos qeyd edib ki, Ermənistan və "Dağlıq Qarabağ" mümkün qədər tez aradan qaldırılmalı olan bir çox təhlükəsizlik problemləri ilə üzləşib.
I Aram erməni xalqını birləşməyə, dialoqa çağıraraq deyib: "Azərbaycanın ərazi bütövlüyünün tanınması təkcə Dağlıq Qarabağ üçün məzar daşı olmayacaq, "Azərbaycanın iştahı daha da artacaq". Bax, burada deyirlər: "Utanmasan oynamağa nə var ki?". Azərbaycan öz halal haqqını tələb edir və onun uğrunda mübarizə aparır, heç kəsin torpağında gözü yoxdur, heç bir dövlətə qarşı ərazi iddiasında deyil. Buna başqa bir don geyindirməyə lüzum yoxdur, amma görünür ermənilər hər şeyi öz