Ermənistan cəmiyyətində İrana olan etimad Rusiyanı üstələyir
Digər xəbərlər

Ermənistan cəmiyyətində İrana olan etimad Rusiyanı üstələyir

1991-ci ildə kağız üzərində müstəqilliyini əldə edən Ermənistan 30 ilə yaxın müddətdə Rusiyanın boyunduruğu altında siyasət aparmağa məhkum idi. Lakin Nikol Paşinyanın hakimiyyətə gəlməsilə xarici siyasət kursunu Qərb İran istiqamətinə yönəldən İrəvan siyasi rəhbərliyi hazırda Fransa İrandan gələn təlimatları yerinə yetirməklə məşğuldur. Son günlərdə Azərbaycanın Laçın rayonu istiqamətində erməni hərbçilərinin törətdikləri təxribatlar bunu deməyə əsas verir. Sərhədlərin delimitasiya demarkasiyasından boyun qaçıran regionun terrorçu dövləti kənardan ona verilən tapşırıqlarla revanşist xəyallarına qapılıb. Son silahlı qarşıdurmada hər zaman olduğu kimi, daha çox itki verən ermənilər artıq güc balansının Azərbaycanın xeyrinə olduğunu, bu cür təxribatlardan heç bir fayda əldə edə bilməyəcəyini anlamalıdır.

Qeyd olunduğu kimi, Rusiya, İran Qərb Bermud üçbucağı arasında var-gəl edən Ermənistan hər qədər özünü çoxvektorlu xarici siyasət aparan ölkə kimi göstərməyə çalışsa da, əsas məqsədi yeni bələdçi axtarışıdır. İkinci bir dövlətin ağalığı olmadan beynəlxalq müstəvidə müstəqil fikir söyləyə bilməməsi bu ölkənin xaricdən idarə olunduğunu göstərir. Rusiyanın Şərqi Avropa astanasında "ilişib" qalmasından sonra bir qədər sərbəstlik əldə edən haylar şimal qonşumuzun vassallığından çıxmağa cəhd göstərir. KTMT-dən ala bilmədikləri dəstəyi NATO SEPAH-da axtarmağa başlaması, Avropa İttifaqının missionerlərinin Cənubi Qafqaza gəlməsi artıq Rusiyanın da hiddətinə səbəb olub. Belə ki, Rusiya tərəfi NATO ilə hərbi təlimlərin keçirilməsinə görə Ermənistan rəhbərliyindən izahat da tələb edib.

Hələ Vətən müharibəsindən əvvəl, 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədində Tovuz döyüşləri baş verən zaman KTMT-ni müharibəyə cəlb etmək cəhdlərinin boşa çıxmasından sonra erməni cəmiyyətində Rusiyaya qarşı inam hissi azalmışdı. İkinci Qarabağ müharibəsi ondan sonrakı proseslərdə açıq-aşkar Ermənistanı dəstəkləyən İranın bu cəmiyyətdə nüfuzu yüksəlib. "Hraparak" nəşri bildirir ki, 2018-ci il inqilabından sonra Rusiyaya olan etimad 70 faizdən 40 faizə düşüb. Bu məsələ Rusiya üçün ciddi narahatçılıq doğursa da hələ ki, ermənilər üzərində itirdikləri etimadı necə geri qaytaracaqları haqda əsaslı bir fikirləri yoxdur.

Azərbaycan-Türkiyə regionda "Bir millət, iki dövlət" prinsipi ilə sülhə təhlükəsizliyə verdiyi töhfəyə, "Bir dövlət, iki millət anlayışı" ilə cavab verən İran-Ermənistan cütlüyünün əsas məramı bölgədə destabil vəziyyət yaratmaqdır. Zəngəzur dəhlizinin açılmasına Ermənistandan daha çox qarşı çıxan İranı narahat edən bir sıra məqamlar var. Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanla Naxçıvan arasındakı birbaşa əlaqənin olması uzun müddət anklav üzərindəki blokadanın aradan qalxmasına xidmət edəcək. Həmçinin Araz çayının şimal tərəfindən keçən yolla türk dünyası arasındakı əlaqələr bərpa olunacaq. Türk dünyasının birləşməsindən qorxan İran Ermənistan regionda türklərin söz sahibi olmasından ehtiyat edir. Dünyada ən çox azərbaycanlının yaşadığı bu dövlət yaxın gələcəkdə soydaşlarımızın müstəqillik ideyalarından çəkinərək bu bölgədə erməni-fars qüdrətini artırmaq istəyir. İranın ölkəmizə qarşı təxribatları təkcə Zəngəzur dəhlizi üzərindən deyil, din üzərindən davam edir. Ölkəsində yerləşdirdiyi bir qrup "dindar"lar vasitəsilə Azərbaycanın suverenliyinə təhdidlər yağdıran fars rejimi əslində dövlətinin adını "İran İslam Respublikası" deyil, "İran Fars Respublikası" adlandırsa, daha məqsədəuyğun olar. Səbəb isə odur ki, əməlləri ilə islam dininə deyil, fars şovinizminə xidmət edir. Xalqını "" günə çıxaran İran azərbaycanlılara "canı yanırmış" kimi bir qrup boşboğaz "dindar"lar vasitəsilə ölkəmizdə "Kərimə dövləti"nin təbliğatını aparır. Bu terrorçuların siyahısı İrana təqdim edilsə , qarşı tərəfdən lazımi addım atılmadı.

Musa BAĞIRLI,

"Respublika".