Azərbaycan ordusu 44 günlük müharibədə mənfur erməni ordusunu darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi və Azərbaycan ərazi bütövlüyünə qovuşdu.
Ermənilər öz xislətlərini nümayiş etdirərək torpaqlarımızdan çıxarkən meşələrimizi yandırdılar, təbiətə ziyan vurdular, minalar basdırdılar. Müharibə bitsə də, biz hələ də Ermənistanın vurduğu zərərlərlə mübarizə aparırıq.
Müharibədən üç ilə yaxın vaxt keçməsinə baxmayaraq, düşmən ölkə müxtəlif bəhanələr gətirərək minalanmış ərazilərin xəritələrini təhvil verməkdən imtina edir.
Ötən il oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirdi ki, Ermənistan işğal dövründə bir milyondan çox mina basdırıb. Azərbaycana və azərbaycanlılara qarşı bu terror siyasəti davam etməkdədir. "Müharibə bitəndən indiyədək mina partlayışları nəticəsində 250-dən çox azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Təəssüf ki, onların sayı hər həftə artır. Elə ötən həftə 2 nəfər ölüb, 3 nəfər ağır yaralanıb".
Minaları quraşdırmaq asan olsa da, onları torpaqdan təmizləmək insan həyatı üçün təhlükəli və mürəkkəb prosesdir. Torpaqlarımızın minalardan təmizlənməsi sahəsində çalışanlar həm xidməti vəzifəsini yerinə yetirmək üçün, həm də digər səbəblərdən orada olanlardan yüzlərlə insan minaya düşərək ya ağır yaralanıb, ya da həyatını itirib. Belə ki, yaxın günlərdə, yəni 28 aprel tarixində Tərtər rayonunda düşmənin basdırdığı minanın partlaması nəticəsində 3 nəfər həlak olub. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Məlumatda bildirilir ki, aprelin 28-də Tərtər rayonunun Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə partlayış baş verib. Tank əleyhinə minanın partlayışı nəticəsində "RPS Energy Ltd." şirkətinin əməkdaşları - 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyev həlak olublar. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Həmin gün Azərbaycan Xarici İşlər Nazirliyi də Tərtərdə mina partlayışı nəticəsində mülki şəxslərin həlak olması barədə məlumat yaydı və beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəlikləri kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa çağırdı.
Alçaq düşmənin bu əməlləri "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini, BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəalarını da kobud şəkildə pozur.
4 Aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günüdür. Bu tarix ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasının 60/97 saylı qətnaməsi ilə müəyyən edilib və hər il qeyd olunur. 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunan torpaqlarımızda yenidənqurma işləri aparılır. Bərpa işlərini həyata keçirmək üçün ilk növbədə mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatı aparılmalıdır.
1990-cı illərin əvvəlindən bəri 3300-dən çox vətəndaşımız mina qurbanı olub. 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla, ümumilikdə 298 nəfər mina qurbanlarından 54 nəfər həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Məlum faktdır ki, minalar beynəlxalq Ottava konvensiyasına görə, həm insanlığa qarşı cinayətdir, həm də hərbi cinayət hesab olunur.
Digər qanun pozuntuları ilə yanaşı, mina