Ölkəmizin enerji sistemində islahatların keyfiyyətcə yeni mərhələsinə qədəm qoyulub, yerli və xarici mütəxəssislərin rəyi nəzərə alınmaqla 2018-2021-ci illəri əhatə edən mükəmməl Reabilitasiya Proqramı hazırlanaraq icrasına başlanılmışdır. Bu proqramın həyata keçirilməsində əsas məqsəd itirilmiş gücləri bərpa etmək, enerji sisteminin etibarlılığı və dayanıqlığını təmin etməkdən ibarətdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə enerji sektorunda hərtərəfli inkişaf müşahidə olunur. Azərbaycanın elektrik enerjisi təsərrüfatında islahatlar uğurla reallaşdırılır. Enerji sisteminin etibarlılığının təmin edilməsi və bu sahədə mükəmməl infrastrukturun yaradılması üçün ardıcıl və kompleks tədbirlər həyata keçirilir.
Son illərdə çoxsaylı yeni elektrik stansiyaları və yarımstansiyalarının açılışı, mövcud olanların yenidən qurulması ilə yanaşı, bərpa olunan enerjidən istifadəyə də geniş yer ayrılması istiqamətində çox mühüm layihələr icra olunur. Bütün bunlar göstərir ki, hazırda ölkəmizdə enerji sektorunun inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə xüsusi önəm verilir. Görülən işlərin nəticəsidir ki, hazırda Azərbaycan öz daxili enerji tələbatını tam ödəməklə yanaşı, elektrik enerjisini ixrac da edir. Bu işlər ümumilkidə ölkəmizin iqtisadi potensialının möhkəmləndirilməsinə xidmət etməklə, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlu nəticələrinin göstəricisi kimi xarakterizə olunur.
Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. İndi bu kollektivdə təcrübəli energetiklərin sayəsində abonentlər fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunur, qarşıya qoyulmuş vəzifələr uğurla yerinə yetirilir.
“Azərişıq” ASC-nin məqsədyönlü fəaliyyəti sayəsində paytaxtın Xəzər rayonunda son illər müsbət irəliləyişlər müşahidə olunur, xidmət abonentləri razı salır, rayonun əhatə etdiyi ərazilərdə yenidənqurma, texniki dəyişikliklər uğurla davam etdirilir.
Rayon Enerji Təchizatı və Satışı İdarəsi mərkəzdə üçmərtəbəli, müasir tipli binada yerləşir.
İdarənin rəisi, təcrübəli energetik Nadir Şiriyevlə görüşdük. Rəis bizimlə söhbətində bildirdi:
- Ardıcıl və məqsədyönlü səylər nəticəsində Xəzər rayonunda tədbirlər planına əsasən son illərdə təqdirəlayiq işlər görülmüşdür. Elektrik enerjisi ilə təchizatın əsaslı şəkildə yaxşılaşdırılmasına maksimum səy göstərilir, ən müasir texnologiya və avadanlıqların tətbiqinə, elektrik şəbəkələrində yüklənmələrin azalmasına və texniki itkilərin minimuma endirilməsinə nail olunur.
Prezident İlham Əliyev bu sahədə görülən işlər barədə deyib: “Biz çox müasir enerji sistemimizi yaratdıq və bu gün dayanıqlı enerji təchizatı ölkə üzrə çoxdan təmin edilib. Bundan əlavə, xüsusilə son illərdə görülmüş işlər enerji təsərrüfatını tamamilə yeniləşdirib. Yüksəkgərginlikli xətlər, bizi qonşu dövlətlərlə birləşdirən xətlər inşa edildi, bir çox yerlərdə yeni yarımstansiyalar tikildi, transformatorlar quraşdırıldı. Bölgələrə çoxsaylı səfərlərim çərçivəsində mən həmişə maraqlanıram və vətəndaşlardan soruşuram ki, enerji ilə təminat necədir? Son illər ərzində hər zaman müsbət rəylər eşidirəm. Bu, məni çox sevindirir. Bu, onu göstərir ki, “Azərenerji” və “Azərişıq” bu istiqamətdə çox böyük işlər görürlər”...
Rayonun energetikləri 2021-ci ildə ikiqat səylə çalışır, abonentlər arasında geniş maarifləndirmə işləri aparır, əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasını diqqət mərkəzində saxlayırlar. Məhz buna görə də uğurlu nəticələrə imza atılır, “Azərişıq” ASC-nin rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir.
Rayonun ərazisində 85 min nəfər abonent qeydə alınmışdır. Qeyd etmək lazımdır ki, ilin birinci yarısında yığım faizi keçən ilin müvafiq dövrü ilə