Energetika naziri “Berlin Enerji Keçidi Dialoqu
İQTİSADİYYAT

Energetika naziri “Berlin Enerji Keçidi Dialoqu" konfransı çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib

Almaniyada "Berlin Enerji Keçidi Dialoqu" konfransı çərçivəsində energetika naziri Pərviz Şahbazov bir sıra ikitərəfli görüşlər keçirib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Almaniyanın İqtisadi Məsələlər İqlim Fəaliyyəti üzrə Federal Nazirliyinin dövlət katibi Anja Hajduk ilə görüşdə enerji təhlükəsizliyi ilə bağlı reallıqların Cənub Qaz Dəhlizinin ötürücülük gücünün artırılmasını aktuallaşdırdığı, Avropa İttifaqı ilə yenilənmiş strateji enerji tərəfdaşlığı çərçivəsində layihənin inkişafının dəstəkləndiyi qeyd edilib. 2027-ci ilədək dəhlizin genişləndirilməsi ilə əlaqədar proseslərin sürətləndirilməsinin maraqlı tərəflərin səylərinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Azərbaycanın xarici investorlar ilə 2030-cu ilədək reallaşdıracağı "yaşıl enerji" layihələri Xəzər dənizinin külək enerjisinin Avropaya ötürülməsi üçün Azərbaycan, Gürcüstan, Rumıniya Macarıstanla birgə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

İsrailin Energetika Nazirliyinin baş direktoru Yaakov Blitshtein ilə görüşdə isə hər iki ölkənin təbii qaz "yaşıl enerji"nin istehsalı Avropaya ixracı ilə bağlı inkişaf planlarına dair fikir mübadiləsi aparılıb. İsrailin neft idxalında əhəmiyyətli mövqeyə malik ölkəmizlə enerji əməkdaşlığının inkişafı üçün prioritet istiqamətlərdən bəhs edilib. İsrailin ekoloji təmiz enerji texnologiyaları sahəsində ixtisaslaşmış şirkətləri Azərbaycanla əməkdaşlığa dəvət edilib.

Tədbir çərçivəsində energetika nazirinin Moldovanın energetika nazirinin müavini Karolina Novak ilə görüşü olub. Söhbət zamanı iki ölkə arasında enerji əməkdaşlığının perspektivləri, ilə enerji dialoqu məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

"Uniper" şirkətinin vitse-prezidenti Michael Hilmer ilə görüşdə isə qaz təchizatı, enerji səmərəliliyi bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Şirkətlə mövcud əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub. 2045-ci ilə qədər Azərbaycan qazının əsas alıcılarından biri olan "Uniper" şirkətinin Cənub Qaz Dəhlizinin genişləndirilməsi bu marşrutla qaz tədarükünün artırılmasında, həmçinin yaşıl enerji yaşıl hidrogen üzrə əməkdaşlıqda maraqlı olduğu qeyd edilib.

 Nazir Pərviz Şahbazov həmçinin "Siemens Energy" şirkətinin baş vitse-prezidenti Ariel Porat ilə görüşüb. Yaşma ərazisində tikintisi nəzərdə tutulan qoyuluş gücü 500 MVt olan qaz-turbinin elektrik stansiyası layihəsi Azərbaycanda istehsal olunan yaşıl elektrik enerjisinin Avropa istiqamətində ötürülməsində əməkdaşlıq imkanları müzakirə edilib.