Elimizin qədim bayramı - Novruz
Sosial həyat

Elimizin qədim bayramı - Novruz

Azərbaycanın ən qədim bayramlarından biri olan Novruz xalqımız tərəfindən hər il xüsusi qeyd olunur. Baharın gəlişinə işarə verən bayram 21 mart - gecə ilə gündüzün bərabərləşdiyi günü qədim zamanlardan bir sıra xalqlar, elə həmçinin ölkəmiz təbiətin oyanışı, yeni ilin başlanğıcı kimi qeyd etmiş, şənliklər keçirmişlər. Hətta bir neçə ölkədə Novruz bayramı Yeni il, təqvimin ilk günü kimi qəbul edilir. Milli bayramımız beynəlxalq təşkilatlar tərəfindən tanınır. 2009-cu ildə UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Assambleyasının 64- sessiyasının iclasında 21 mart tarixi  Beynəlxalq Novruz Günü elan edilmişdir.

Qədim vaxtlardan bu yana adət-ənənələrini qoruyub saxlayan Novruz bayramının özünəməxsus qeyd edilmə formaları var. Digər bayramlardan fərqli olaraq Novruz təkcə ayın 20-21-i keçirilmir. Ondan düz 4 həftə əvvəl artıq bayrama, baharın gəlişinə hazırlıqlar başlayır. Çərşənbələr su, od, yel torpaqdır. Hər birinin  xüsusi yeri mənası olan bu çərşənbələr Novruzun gözəlliyinə rəng qatırlar. İlin ilk çərşənbəsi Su çərşənbəsidir. Su dünya üçün ən önəmli ünsürlərdən biridir. Su çərşənbəsi adətən çaylardakı buzların əriyərək çaya qarışdığı, havaların yavaş-yavaş isinməyə başladığı vaxta təsadüf edir. Yaradılışdan əvvəl bütün varlığın yalnız sudan ibarət olması haqqında qədim türk mifləri mövcuddur. Təsadüfi deyil ki, miflərdə suyun insan yaradılışını göstərməsi Novruzun da ilin yenilənməsi kimi qəbul edilməsi elə Su çərşənbəsinin ilk çərşənbə olmasının mifik açıqlamasıdır. İkinci çərşənbə isə Od çərşənbəsi adlanır. Həmçinin Od çərşənbəsinin öz növbəsində mifoloji təhlili var. Buna əsasənod  insanın yaradılış prosesinin ikinci mərhələsinin, od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır insanlar həyətlərində tonqallar qalayıb evlərində hər ailə üzvünə görə bir  şam yandırırlar. Küçələrdə, məhəllələrdə tonqallar yandırılır "ağırlığım, uğurluğum bu odda yansın" deyərək odun üstündən tullanırlar. Od qədər hərarətli nəhəng olarsa, bir o qədər yaxşıdır. Gənclər odun başına toplaşıb yumurta döyüşdürür, şeirlər, mahnılar oxuyurlar. Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsi adlanır. Həmin gündən etibarən artıq bəzi ağaclarda tozlanma başlayır. Bu isə küləyin hesabına əmələ gəlir. Necə ki, tozlanma vaxtına çatmış tumurcuqları külək tərpədərək onları tozlanması üçün birləşdirir. Yel çərşənbəsi ilə bağlı mifologiya isə torpaq su insan yaradılışının materialı, bu materialın yaradılışa çevrilməsi prosesinə təkan verən vasitələr kimi, yellə od da binar oppozisiyadadırDördüncü son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. Yazda torpağın oyanmasının mifik kökləri dirilmə, canlanma ilə əlaqədardır. Dörd həftə ərzində su təbiəti, torpağı suladı, od torpağı qızdırdı, yel təbiəti oyatdı indi isə sıra torpaqdadır, əkin yerlərində işlər elə məhz Torpaq çərşənbəsində başlayır.

Çərşənbə dönəmində el arasında Novruzla bağlı fərqli maraqlı adətlər yerinə yetirilir. Bu bayram qədim tarixlərə dayandığı üçün ildən-ilə yeni adətlər ortaya çıxıb nəsildən-nəslə ötürülüb. Bunlar arasında ən birinci papaq atdıdır. El adətinə görə kiminsə qapısına papaq qoyur, sonra da qaçıb gizlənirsiniz. Həmin ev sahibləri papağı doldurub, götürdükləri yerə qoyurlar. Bu adətdə bir qanun var "atılan papağı heç vaxt boş qaytarmazlar ". Növbəti adət isə qulaq falıdır. Bu zaman gənclər yenə özlərinə bir ev seçirlər ürəklərində niyyət tuturlar. Gizlincə qulaq asmağa başlayanda ilk eşitdiyiniz söz əgər müsbətdirsə, bu zaman sizin diləyiniz həyata keçəcək, yox əgər mənfidirsə, necə deyərlər "bəxtinizi bir daha sınayın". Ən maraqlısı gənclərin daha çox marağında olduğu isə üzük falıdır. Bu zaman