“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun iclası
Digər xəbərlər

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun iclası

İyunun 23-də Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib. İşçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev çıxış edərək iclasın gündəliyini açıqlayıb. Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev isə çıxışında Dünya Bankının “Business-Ready” hesabatı ilə bağlı yerinə yetiriləcək tədbirlər haqqında məlumat verib. 24 iyun ETŞ-dən verilən məlumatda bildirilir.

Sonra iclasın gündəliyinə uyğun olaraq, “Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkələrinə - ETŞ) qoşulma" indikatoru ilə bağlı 2022-2023-cü illər üzrə Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin cari ilin birinci yarısı üzrə icra vəziyyətinə dair məruzələr dinlənilib.

“Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə Kommunikasiya Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin cari ilin birinci yarımili üzrə icra vəziyyətinə dair hesabat təqdim edilib. ETŞ-yə qoşulmalar üzrə elektron müraciətlərin statistikası nəzərdən keçirilib və onlayn qoşulmaların sayında yeni artımın qeydə alındığı bildirilib.

ETŞ-yə qoşulma prosedurlarının qiymətləndirilməsi üçün bu sahədə ixtisaslaşmış şirkət tərəfindən müvafiq sorğunun keçirilməsi barədə məlumat verilib. Aparılmış sorğunun nəticələri nəzərdən keçirilib, işçi qrupu tərəfindən sorğu vərəqələrinin qiymətləndirilməsi, ETŞ-yə qoşulma ilə bağlı istehlakçı hüquqlarının qorunması məsələləri müzakirə edilib.

“Respublika”.