Ekvadorda həbsxanada iğtişaş olub - ölən və yaralananlar var
Dünya xəbərləri

Ekvadorda həbsxanada iğtişaş olub - ölən və yaralananlar var

Cənubi Amerikanın Ekvador ölkəsində həbsxanada baş verən iğtişaşda 18 nəfər həyatını itirib, 11 nəfər yaralanıb.

"Respublika" "Hürriyət"ə istinadən bildirir ki, digər həbsxanalara da yayılan iğtişaşda ən azı 96 mühafizəçi məhbuslar tərəfindən girov götürülüb. Ekvador prezidenti Gilermo Lasso ölkədəki həbsxanalarda 60 günlük fövqəladə vəziyyət elan edib.

Töhfə SƏMƏDOVA,

"Respublika".