Aprelin 23-də Laçında nəzarət-buraxılış məntəqəsinin qurulması beynəlxalq normalara tam uyğundur
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağı bəyan edib.
Qeyd olunduğu kimi, Azərbaycan xalqının və dövlətinin əsas prinsiplərindən biri də sahib olduğumuz ölkənin ərazi bütövlüyünü qorumaqdır. Beynəlxalq hüquqla ayaqlaşan, Konstitusiyamıza sadiq qalan dövlət başçımızın tapşırığı ilə aprelin 23-də Dövlət Sərhəd Xidmətinin sərhədçiləri Azərbaycanın ərazi bütövlüyünü bərpa etmişdir. Bu hadisə ədalətin təntənəsi, sülhün müjdəsi, xalqımızın sarsılmaz iradəsi və düşmənlərimizin məğlubiyyətidir.
1991-ci ildə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın 1993-cü ilə qədər səriştəsiz kadrlar tərəfindən idarə olunması ölkəmizin varlığını şübhə altına almışdı. 1987-ci ildə SSRİ-də tutduğu vəzifədən istefa verən ümummilli lider Heydər Əliyevin siyasətdən uzaqlaşmasından sonra Azərbaycan ərazisinin 20 faizini itirmiş, soydaşlarımız əzəli torpaqlarımız olan indiki Ermənistan ərazisindən etnik təmizlənməyə məruz qalmışdı. 1991-1993-cü illərdə Qarabağ və indiki Şərqi Zəngəzur əraziləri düşmən tərəfindən zəbt olunmuşdu. 1992-ci ilin may ayında əvvəlcə Şuşanın, sonra da Laçının işğal altına düşməsi Ermənistanın daha da irəliləməsinə yol açmışdı. 1993-cü ilin aprel ayında Kəlbəcərin itirilməsi isə Azərbaycan-Ermənistan sərhədi istiqamətində ərazi bütövlüyümüzün pozulması idi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ordu quruculuğunda görülən işlər 2020-ci ildə qazandığımız Zəfərin bünövrəsi olmuşdur. Vətənpərvər ruhda yetişən Azərbaycan gəncləri Ali Baş Komandanın əmri ilə 2020-ci ilin payızında başlayan əks-hücum əməliyyatlarında böyük şücaət göstərərək 30 illik status-kvonu darmadağın etdi. Azərbaycanın zəif və gücsüz vaxtından istifadə edərək əliyalın əhalinin üzərində qazandığı "qələbə" ilə öyünən erməni ordusu hərbçilərimizin əsl gücünü 44 günlük Vətən müharibəsində gördü.
Qazanılmış qələbə Cənubi Qafqazda yeni reallıqların yaranmasına gətirib çıxardı. Ermənistanın imzaladığı kapitulyasiya aktından sonra artıq qalib ölkə Azərbaycan, regionun əsas söz sahibləri isə Türkiyə-Azərbaycan birliyidir. Lakin buna baxmayaraq, 30 il ərzində Ermənistanı dəstəkləyən bəzi qüvvələr hələ də bölgədə sülhə və təhlükəsizliyə təhdid yaratmaqda davam edirlər. Bu hallardan biri də Laçın-Xankəndi humanitar yolundan sui-istifadə hallarına yol verilməsi idi. Rusiya sülhməramlı kontingenti humanitar dəhliz vasitəsilə Qarabağda qanunsuz olaraq məskunlaşan erməni hərbçilərini silah-sursat və hərbi texnikalarla təmin etməsi, faydalı qazıntılarımızın istismar olaraq daşınması, bəzi xarici ölkə nümayəndələrinin beynəlxalq hüquqa zidd olaraq qondarma rejimlə görüşlər keçirməsi Azərbaycanın əvvəlcədən irəli sürdüyü təşəbbüsü həyata keçirməyə vadar etdi. Bununla da suveren ərazilərimizdə nəzarəti bərpa etmək məqsədilə Laçın-Xankəndi yolunun Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsinin qurulması regionda sülhü və təhlükəsizliyi təmin etmək uğrunda atılmış əsaslı addımlardan biridir. Ermənistan tərəfinin hər vəchlə buna qarşı çıxmasına baxmayaraq, sərhədçilərimiz bir aydan çox müddətdir ki, humanitar yola nəzarət edir. 32 ildən sonra ərazi bütövlüyümüzün bərpa edilməsi 44 günlük müharibənin yaratdığı reallığın məntiqi nəticəsi, həm də ölkə başçımızın siyasi iradəsidir. Dövlətimiz tərəfindən qarşıya qoyulan məqsədlərdə prinsipiallıq və geri addım atılmaması yaxın zamanlarda sülh müqaviləsinin bağlanmasına da böyük ümidlər yaradır.
Bundan ən çox narahat olan da təbii ki, separatçı rejimin nümayəndələridir. Dövlət başçısı Laçın şəhərində laçınlılarla görüşündə bu məsələyə diqqət çəkərək separatçı rejimə bildirmişdir ki, artıq onların "Miatsum" kitabı bağlanıb. Artıq onlar üçün ən gözəl seçim özlərini uçuruma aparan işlərdən əl çəkmələridir. Saxta parlament, saxta dövlət və "nazirlikləri" Azərbaycan hökumətinə təhvil verib, ölkə başçısının onlar