Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması istiqamətində bir sıra görüşlər keçirilsə də, düşmən öz xain xislətindən əl çəkməyə maraqlı deyil. Üzdəniraq ermənilərin bu dəfə də sərsəm iddialarla gündəmə gəlmələri bunları deməyə əsas verir. Belə ki, bu il iyunun 8-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası zamanı ölkəmizə qarşı həqiqəti əks etdirməyən iddialarla aranı qarışdırmağa cəhd edib.
O, çıxışı zamanı Azərbaycanın guya Ermənistanla sərhəddə və Laçın yolunda vəziyyəti gərginləşdirdiyi, güc tətbiq etdiyi ilə bağlı gülünc fikirlər səsləndirib. Qriqoryan, həmçinin utanmazcasına Azərbaycanın Qarabağ ərazisində məskunlaşmış erməni sakinlərə qarşı etnik təmizləmə planlaşdırması ilə bağlı saxta iddialar da irəli sürüb. Bu iddialar bir daha göstərir ki, Ermənistan dünya ölkələrini sülh danışıqlarında "maraqlı" olduğuna inandırmağa çalışsa da, mövcud reallıq tamamilə fərqlidir. Çünki mənfur düşmənin vədləri ilə fəaliyyəti ziddiyət təşkil edir. Düşmənin ikiüzlü siyasətinin təzahürünü demaqoq Qriqoryanın qərəzli iddialarından 4 gün öncə onun Ermənistan İctimai Televiziyasının efiri zamanı səsləndirdiyi fikirlərdə də görmək mümkündür: "Ermənistanla Azərbaycan arasında çox intensiv danışıqlar aparılır. Əgər bu intensivlik davam edərsə və beynəlxalq ictimaiyyətdən güclü yardım olarsa, o zaman ilin sonuna kimi sülh sazişi imzalamaq imkanı yaranır. Biz mümkün qədər tez saziş imzalamaqda qərarlıyıq". Qriqoryanın söylədiyi fikirlərdən bu nəticəyə gəlmək olar ki, Ermənistan tərəfi doğrudan da çox biabırçı haldadır. Sülh razılaşması istiqamətində danışıqların aparıldığı bir zamanda düşmən əlaqəsiz çıxışlarla yenə öz öhdəliklərindən boyun qaçırmağa çalışır. Demək yerinə düşər ki, Ermənistanın bu cür çıxışları ona Azərbaycan tərəfindən verilən sülh şansını itirməsinə səbəb ola bilər. Düşmənin 30 il ərzində davam edən etnik təmizləmə siyasətinə baxmayaraq, Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi başa çatdıqdan az sonra xoşniyyət nümayiş etdirmiş, ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında sülh sazişi təşəbbüsü ilə çıxış etmişdir. Ötən ilin oktyabrında Praqa və Soçidə baş tutan görüşlərdə Azərbaycan və Ermənistanın 1991-ci ildə imzalanmış "Alma-Ata" bəyannaməsinə müvafiq olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı şəkildə tanıdığı bəyan edilmişdir.
2022-ci ildə sülh razılığının əldə olunmasına ümidlərimiz olsa da, düşmənin qeyri-konstruktiv mövqeyi buna əngəl törətmişdir. Bu il Brüsseldə, Moskvada keçirilən görüşlərdə də düşmənin namərdliyi bir daha təsdiqləndi. Baş nazirin Ermənistanı və xalqı rəzil duruma gətirən təxribatları da uğursuzluqla nəticələndi. Dəhliz sözünü ərazi iddiası kimi qəbul edən Paşinyanın cahilliyi bir daha sübut olundu. Armen Qriqoryanın guya Azərbaycanın Qarabağdakı ermənilərə qarşı etnik təmizləmə aparacağı ilə bağlı yararsız iddialarına gəldikdə isə həmin sakinlərin xain düşmənin və qanunsuz rejimin girovu olduğunu söyləsək daha məqsədəuyğun olar. Çünki onların acınacaqlı vəziyyəti onsuz da göz önündədir. Əksinə torpaqlarımız işğaldan azad olunduqdan sonra ölkəmiz onların taleyi ilə də bağlı əhəmiyyətli addımlar atmağı planlamışdır. Prezident İlham Əliyevin bu il fevralın 19-da "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdakı çıxışı zamanı söylədiyi fikirlər mühüm əhəmiyyət kəsb edir: "Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar azlıq təşkil edirlər. Azərbaycan çoxmillətli ölkədir. Azərbaycandakı bütün azlıqlar bərabər hüquq və imtiyazlara, o cümlədən mədəni, linqvistik və digər hüquqlara malikdirlər, onların təhlükəsizliyi də təmin edilib".
Bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycan dəfələrlə erməni sakinlər ilə təmas qurmağa hazır olduğunu da bəyan etmişdir. Bu il martın 1-də Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşü xatırlatmaq kifayətdir. Amma bu zaman da Ermənistan riyakarlığı özünü büruzə verdi. Belə ki, sonrakı dəvətimiz cavabsız qalmaqla yanaşı, erməni sakinlərin nümayəndələrinin