DÜNYANIN QLOBAL GÜCLƏRİNDƏN OLAN ÇİN AZƏRBAYCANLA STRATEJİ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRİR
Siyasət

DÜNYANIN QLOBAL GÜCLƏRİNDƏN OLAN ÇİN AZƏRBAYCANLA STRATEJİ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRİR

İki ölkənin liderləri arasında olan telefon söhbətində beynəlxalq səviyyəli mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikası Çin Xalq Respublikası arasında diplomatik münasibətlər qurulandan sonra hər iki ölkə qarşılıqlı əməkdaşlığın uğurla davam etdirilməsinə, beynəlxalq regional səviyyədə koordinasiyalı fəaliyyətin daha da gücləndirilməsinə böyük önəm verir.

Təsadüfi deyil ki, Azərbaycan-Çin münasibətləri diplomatik əlaqələrin qurulmasından ötən 30 ilə yaxın vaxt ərzində, xüsusilə son 10 ildə yüksək səviyyədə inkişaf edib. Dövlətlərimiz arasında münasibətlər qarşılıqlı etimada əsaslanır, suverenlik, ərazi bütövlüyü məsələlərində bir-birini dəstəkləyir, regional beynəlxalq müstəvidə mövqelərimiz üst-üstə düşür.

Ölkələrimiz, demək olar ki, bütün sahələrdə olduqca yaxın əlaqələrə malikdir ki, bu da siyasi, iqtisadi, ticarət, hərbi-texniki əməkdaşlığı əhatə edir.

Bu əlaqələrin əsası ümummilli lider Heydər Əliyevin 1994- ildə Çin Xalq Respublikasına səfəri ilə qoyulub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çinə  2015 2019-cu illərdə səfərləri dövlətlərimiz arasında mövcud dostluq münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsinə şərait yaradıb. Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində son illər ərzində yalnız müsbət dinamika müşahidə olunub. Dövlət başçımızın  qeyd etdiyi kimi, bizim ticarət dövriyyəmiz 1,3 milyard dollar təşkil edir. Çindən idxal 40 faiz artıb. Bu gün Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük tərəfdaşıdır. Ölkəmiz Çin vətəndaşları üçün sadələşdirilmiş viza prosedurunu tətbiq edib, bu ölkənin şirkətləri Azərbaycanda  geniş fəaliyyət göstərir. Bütün bunlar Azərbaycan-Çin əməkdaşlığının əyani göstəricisidir. Beynəlxalq təşkilatlarda Azərbaycanın Çin Xalq Respublikası ilə həmrəy fəaliyyətini əlavə etsək, dövlətlərimiz arasında strateji əməkdaşlığın möhkəm təməl üzərində qurulduğunu görmüş olarıq. Bu dostluq əməkdaşlıq münasibətlərinə toxunan ölkə başçısı cənab İlham Əliyev demişdir: “Bu gün Azərbaycan-Çin əlaqələrinin siyasi, iqtisadi, humanitar digər sahələrdə inkişafı məmnunluq doğurur. Eyni zamanda, biz beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirik”.

Bu günlərdə - iyunun 2- Azərbaycan Prezidenti cənab İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon söhbəti olub. Söhbət zamanı Azərbaycan Çin arasında siyasi, iqtisadi nəqliyyat-logistika sahələrində uğurlu əməkdaşlığın olması vurğulanıb. Qeyd olunub ki, hər iki ölkəBir kəmər, bir yollayihəsinin inkişafı çərçivəsində öz fəaliyyətlərini birgə əlaqələndirir mövcud imkanlardan faydalanmağın əhəmiyyətini yüksək qiymətləndirirlər. Həqiqətən,   Azərbaycan ÇininBir kəmər, bir yoltəşəbbüsünü ilk gündən dəstəkləyib. Asiya Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti  Çin Xalq Respublikasından Avropaya əks istiqamətdə yük daşımaları üçün ən qısa nəqliyyat marşrutudur Avrasiyaya inteqrasiya prosesində son dərəcə əhəmiyyətli rola malikdir. Bundan əlavə, iki ölkənin tarixi İpək Yolu üzərində yerləşməsi Azərbaycana Şərq-Qərb Şimal-Cənub nəqliyyat dəhlizlərini uğurla reallaşdıran mərkəz ölkə olmaq imkanı açmışdır.

Azərbaycan  Prezidenti dəfələrlə bu layihələrin geosiyasi əhəmiyyətinə xüsusi diqqət çəkərəkBir kəmər, bir yoltəşəbbüsünün əhatə etdiyi bütün ölkələr regionlar arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə, sabitlik təhlükəsizliyin bərqərar olunmasına mühüm töhfə verə biləcəyini vurğulayıb. Eyni zamanda, bu layihə mədəniyyətlərarası sivilizasiyalararası münasibətlərin, iqtisadi inkişafın gücləndirilməsi, ölkələrin çiçəkləndirilməsi xalqlararası təmasların təşviqi kimi nəcib ideyalara xidmət edir.