Deputat: Soyqırımına məruz qaldığımız halda biz günahlandırılırıq
Gündəm

Deputat: Soyqırımına məruz qaldığımız halda biz günahlandırılırıq

“Bir neçə gün əvvəl Paşinyan dedi ki, Azərbaycan Prezidenti Ermənistan ərazisinə Qərbi Azərbaycan deməklə bizə qarşı iddia qaldırır”.
 

Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Qərbi Azərbaycanlıların deportasiyasının virtual muzeyinin təqdimat mərasimindəki çıxışı zamanı bildirib. 

 

“Ermənistan hesab edirdi ki, Qarabağı və Zəngəzuru işğal etməklə nəyəsə nail olacaq. Amma İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbə Paşinyanın planlarını alt-üst etdi”.

 

Nəzrin ELDARQIZI,

“Respublika”.