Dekabrın 22-də Azərbaycanda COVID-19 əleyhinə 513 doza vaksin vurulub
Səhiyyə

Dekabrın 22-də Azərbaycanda COVID-19 əleyhinə 513 doza vaksin vurulub

Dekabrın 22-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 513 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 201, ikinci doza vaksinlərin sayı 109, üç və daha çox doza vaksinlərin sayı 181, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 22-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 928 min 983, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 395 min, ikinci mərhələ üzrə 4 milyon 875 min 208, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 394 min 308, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 264 min 467-dir.        

 

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 81 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 81 yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 825 min 737 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 141 nəfər müalicə olunaraq sağalıb, 10 min 2 nəfər vəfat edib. Aktiv xəstə sayı 594 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 100, bu günə qədər isə ümumilikdə 7 milyon 415 min 31 test icra olunub.