DÇ-2024: Azərbaycan – Niderland oyununun başlama saatı dəyişdirilib
İdman

DÇ-2024: Azərbaycan – Niderland oyununun başlama saatı dəyişdirilib

Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsində sentyabrın 20-də keçiriləcək Azərbaycan – Niderland oyununun başlama saatı dəyişdirilib.

Federasiyadan "Respublika"ya verilən məlumata görə, canlı yayımla əlaqədar matçın start fiti əvvəldən nəzərdə tutulduğu kimi, saat 20:00-da deyil, 18:30-da veriləcək.

Bakı İdman Sarayında baş tutacaq görüş “CBC Sport” telekanalında canlı yayımlanacaq.